1. Dərhal, gecikmədən, gecikdirmədən, əlüstü, az zaman ərzində, sürətlə, cəld. □ Bəd xəbər tez yayılar. (Atalar sözü).
2. Qabaq, əvvəl. □ Arvadı bəd olanın saqqalı tez ağarar. (Atalar sözü).
Həmçinin bax:
1. Tezbazar etmək – bir işi tələsik, keyfiyyətsiz, atüstü görmək. □ Məsələni tezbazar həll etmək.
2. Tezbazar etmək – tez axırına çıxmaq, öldürmək. □ ..İlqarından dönən yarı; Tanrı tezbazar eyləsin! (“Abbas və Gülgəz”).
3. Tezbazar olmaq – atüstü, tələsik, keyfiyyətsiz görülmək (iş). □ Bu lap tezbazar oldu.
4. Tezbazar olmaq – vaxtsız, tez etmək. □ Kim bilsin, .. hansı məqsəd üçün gəlirmiş, tezbazar olub. (Mir Cəlal).