1. Klassik ədəbiyyatda yolgöstərən, bələdçi mənalarında işlənmişdir. □ Ümmətin rəhnüması tərbiyədir; Millətin pişvası tərbiyədir. (M.Ə.Sabir).
2. Klassik ədəbiyyatda müşayiəti ilə mənasında işlənmişdir. □ ..dərhal ayağa qalxaraq alafa altına alınmış gəlini qız yengələrinin rəhnümasilə evdən çıxarardılar. (R.Əfəndiyev).
Azərbaycan dilinin izahlı lüğəti1. Arxaizm. Minik atına lazım olan şeylər. □ .. Əmiraslan bəyin övladı genə dünən də Ağcabədi bazarında dədələri osmanlıda qəsb etdiyi gümüş rəxtlərdən satırdılar. (M.F.Axundzadə)
2. Arxaizm. Döşənəcək, yataq.
Ötkün sözüm, kəskin baxtım olaydı,
Ağ otağım, zərrin rəxtim olaydı. (Aşıq Ələsgər)
3. Arxaizm. Səfər ləvazimatı.
4. Arxaizm. Paltar.
Hǝm sǝdǝfǝm, hǝm inciyǝm, hǝşrü sirat əsinciyəm,
Bunca qumaşü rǝxt ilǝ mǝn bu dükanǝ sığmazam. (İ.Nəsimi)
Azərbaycan dilinin izahlı lüğəti1. Bir dövlətin tabeliyində olan(lar); təbəə. □ Atabəy Məhəmməd, Marağa və Təbrizi alandan sonra şəhərlərə qasidlər göndərib, rəiyyətlərinə böyük qələbənin xəbərini elan etdirdi. (M.S.Ordubadi).
2. Aşağı təbəqədən olan, yoxsul adam. □ Xan arıqlayanda rəiyyətin canı çıxar. (Atalar sözü).
Azərbaycan dilinin izahlı lüğəti1. Hər hansı bir sahədə eyni məqsədi əldə etmək üçün ayrı-ayrı şəxslər arasında mübarizə, çəkişmə.
2. Əmtəə istehsalında əmtəəni daha mənfəətlə istehsal etmək və satmaq üçün xüsusi istehsalçılar arasında mübarizə, yarış; kapitalizm şəraitində – daha çox mənfəət götürmək üçün kapitalistlər arasında mübarizə. □ Böyük sərmayəyə malik olan əcnəbi şirkətləri ilə yerli neft sahibləri rəqabət edə bilməzlər. (M.S.Ordubadi).
Həmçinin bax: