lat. obsis – tamaşa
Vulkanik şüşədən ibarət maqmatik dağ süxuru.
Qara, boz, qırmızı-qonur rəngdə olur, tərkibinə görə qranitə yaxındır. O.-ın üzərindəki zolaqlar lavanın axın istiqamətini göstərir. Sıxlığı 2500-2600 kq/m³-dir, tərkibində suyun miqdarı 1%-dən çox deyil, yaxşı cilalanır və bəzək əşyalarında istifadə olunur. Bundan başqa, sudan və istilikdən qoruyan tikinti materiallarının tərkibinə qatılır, qədim vaxtlardan ondan kəsici alətlər hazırlanır: dəmir əridə bilməyən mayyalar və asteklər öz silahlarını O.-dan yonurdular. Terminin etimologiyası mübahisəlidir. Onun yunan sözü “obsis”dən (tamaşa) yarandığını qeyd edən ensiklopedik lüğətlərdə keçmişdə O.-dan güzgü düzəltmək üçün istifadə olunduğu əsas gətirilir. Digər lüğətlər (məs.: Oksford lüğəti) Qədim Roma yazıçısı Böyük Pliniyə (b.e. I əsri) istinadən O.-ın bu daşı kəşf etmiş romalı Obsiusun (yaxud Obsidiusun) adını daşıdığını bildirir.
Coğrafiya terminləri lüğətiyun. tropikus – dönmə
Cənub tropiki, günəşin ildə bir dəfə zenitdə göründüyü iki paraleldən biri.
O.T. təqribən 23,5° cənub enliyinə uyğun gəlir: bu, günəşin zenitə qalxdığı (qış gündönümü zamanı) sonuncu cənub enliyidir. Tropikin adı qış gündönümündə Günəşin daxil olduğu bürcün adından götürülüb.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiyun. okeanos – ucsuz-bucaqsız dəniz
Yer kürəsinin materikləri, adaları əhatə edən bütöv su örtüyü.
Hidrosferin 94%-ni təşkil edir və Yer səthinin 71%-ni tutur. Günəş istiliyinin və rütubətin nəhəng akkumulyatoru olan O. Yerdə kəskin temperatur tərəddüdünü azaldır və quru ərazilərin rütubətlənməsi üçün şərait yaradır. O. – Dünya O.-ının başlıca coğrafi bölgülərindən biridir. Fiziki-coğrafi xüsusiyyətlərinə görə Dünya O.-ı dörd O.-a bölünür: Sakit, Atlantik, Hind və Şimal Buzlu.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiMateriklərlə bağlı olmayan, bilavasitə okean dibindən qalxan, okean yatağında yerləşən ada.
O.A. mənşəyinə görə, əsasən, vulkan və mərcan adalarına bölünür. Vulkan tipli O.A. okean və dənizlərin dibində baş verən vulkan püskürməsi nəticəsində, mərcan tipli O.A. isə canlı orqanizmlərin (mərcan polipləri, yosunlar və s.) həyat fəaliyyəti prosesində əmələ gəlir.
Coğrafiya terminləri lüğətiOkean dibinin ən dərin sahələri, planetar relyefin mənfi formalarından biri.
O.Ç. Dünya okeanı dibində dərinliyi 6000 m-dən artıq, nisbətən ensiz, uzunsov, əksər hallarda qövs, nadir hallarda isə dairə şəklində olan çökəkliklərdir. O.Ç. materik və okean mənşəli litosfer tavalarının toqquşması nəticəsində əmələ gəlir. Dünya okeanında onlarca nəhəng O.Ç. aşkar edilib. Onlardan beşinin dərinliyi 10.000 m-dən artıqdır: Marian (11.022 m), Tonqa (10.882 m), Kuril-Kamçatka (10.542 m), Filippin (10.497 m) və Kermadek (10.047 m).
Coğrafiya terminləri lüğəti