cəzalandırmaq, əzab-əziyyət, işgəncə vermək; ~ toy tutmaq.
işi düşdüyü adama canfəşanlıq etmək, qulluq göstərmək, yarınmaq; ~ oyan-buyanına keçmək.
tənbeh etmək, cəzalandırmaq.
özünə ziyan vurmaq, xeyrini bilməmək; nankorluq etmək, yediyi çörəyə hörmət qoymamaq; ~ su içdiyi quyuya tüpürmək, yediyi qaba tüpürmək, işıq gələn yerə barmaq tıxamaq.
hər hansı irad və ya ittihama etiraz olaraq “nə biləydim ki...” mənasında işlədilən ifadə.
xəbərçilik etmək, xəbər çatdırmaq.
bax: ətəyinə qoz töküb başına qapaz vurmaq.
“bilmək”, “görmək”, “tanımaq” və s. sözlərlə işlənərək “çox yaxşı”, “dərindən” mənalarını verir.
qayğısına qalmaq, üstündə əsmək, hər bir təhlükədən qorumaq; ~ yağ içində böyrək kimi bəsləmək.
korşalmaq, itiliyini, kəsərliliyini itirmək, kütləşmək.
əhvalı, kefi pozulmaq, dilxor olmaq.
təsadüf nəticəsində bədbəxt bir hadisədən, xatadan qurtarmaq; vaxtilə etdiyi yaxşılığın qarşılığını görmək.
fürsəti, məqamı, imkanı əldən verməmək, bir işi vaxtında, məqamında görmək, yerinə yetirmək.
çox arıqlamaq, zəifləmək; ~ ovurdu ovurdundan keçmək, ortası ortasından keçmək, ayaq üstə üzülmək, ayaq üstə qırxı çıxmaq, bir dəri, bir sümük qalmaq.
bax: ovurdları batmaq (bir-birindən keçmək).