1. Nə üçün, nə səbəbə, nəyə görə, niyə? □ Fələ, mənə bir söylə, nədən hörmətin olsun? Axır nə səbəb söz deməyə qüdrətin olsun?! (M.Ə.Sabir).
2. Nədən ki, nədəndir ki şəklində – çünki, o səbəbə ki. □ Mirzə Çopurov da oxuya bilməyibdir, nədən ki, külək kağızı cırıq-cırıq eləmiş. (S.Rəhimov).
1. Arxaizm. Sirdaş, yaxın adam, dost, həmsöhbət, həmməclis. □ Gördü ki, gəlir nədimi-kamil. (M.Füzuli).
2. Arxaizm. Keçmişdə şahların, xanların məclislərində gülməli sözləri və hərəkətləri ilə onları əyləndirən adam – təlxək. □ Padşahın nədimləri, məzhəkəçiləri onu əyləndirmək üçün gülməli nömrələr hazırlayır və məşq edirdilər. (M.S.Ordubadi).
1. Bir tək adam; kimsə, şəxs, fərd, kəs. □ ...bir nəfər molla, bir kəllə qənd və üç manat pul ilə aran necədir? (Ü.Hacıbəyli).
2. Adi əsgər, adi sıravi döyüşçü. □ Özünü... bu mübarizənin nəfərlərindən sayan Nəriman, ürəyində xoş və parlaq bir hissin işıq kimi yandığını duydu. (Mir Cəlal).
3. Numerativ söz kimi: insan bildirən isimlərlə işlənir. □ İki nəfər qonaq.
4. Əvəzlik kimi: bir nəfər şəklində – kim isə, birisi, qeyri-müəyyən şəxs, adam mənalarında işlənir. □ Bir nəfər gəlib sizi soruşurdu.
Qeyd: ...nəfərlik. Adətən saylara qoşularaq şeyin neçə nəfərə, neçə şəxsə məxsus, ya aid olduğunu göstərir. Məsələn: üç nəfərlik yer tutmaq.
Həmçinin bax:
1. Fiziologiya. Ciyərlə havanı içəri alıb buraxma (insan və heyvanlarda oksigen udub karbon qazı buraxma prosesi). □ Nəfəs üzvləri. Dərindən nəfəs almaq.
2. Ciyərlə alınıb buraxılan hava. □ ...Bəzən onun nəfəsinə qulaq da asır. (S.Vurğun).
3. Məcazi mənada: əlamət, iz, qoxu, təzahür. □ ...yolçu üzündə, yaxınlığı hiss olunan dağların soyuq nəfəsini duydu. (Ə.Məmmədxanlı).
4. Arxaizm. Məcazi mənada: “söz”, “dil”. □ Heç doğru deyil bunun nəfəsi; Nə qəzetdir, tamam pul tələsi. (S.Ə.Şirvani).
5. “Səs” mənasında. □ Xanəndənin nəfəsi dinləyiciləri valeh etdi.
Həmçinin bax:
1. Haldan düşmüş, cansız. □ Mən bu lövhələri xəstə, nəfəssiz; Seyr edərək həmən, yüyürdüm səssiz. (S.Vurğun).
2. Zərf kimi: haldan düşmüş, cansız. □ Nəfəssiz düşüb qaldı.
3. Məcazi mənada: adamsız, insansız. □ Demək, Ağbulaq meşəsi heç də nəfəssiz deyildi. (S.Rəhimov).
4. Zərf kimi məcazi mənada: adamsız, insansız.