Matəm saxlanan ev, yaslı ev. □ Kərbəlayı Kazımın matəmxanaya dönmüş evini beşlik bir neft çırağı işıqlandırırdı. (P.Makulu).
Bax: matəmgah.
1. Yaslı. □ Matəmli adam. 2. Məcazi mənada: matəmi andıran; qəmli, kədərli, qüssəli, hüznlü. □ Yanan şamlar otağa matəmli bir süs vermişdi. (Y.V.Çəmənzəminli).
Klassik ədəbiyyatda yaslı, matəmli, fəlakətzədə, fəlakət üz vermiş, fəlakətə uğramış mənalarında işlənmişdir. □ Matəmzədə olduğun eşitdim; Qıldım yaxa çakü şivən etdim. (M.Füzuli).
Dəlici alət, burğu. □ 16-cı və 17-ci nömrələrin arasında olan taxta qapı matqab ilə iki yerdən deşilib gizlincə baxmaq üçün göz yerləri qayrılmışdı. (S.M.Qənizadə).
Matı-qutu qurumaq (çəkilmək) – donub qalmaq, heyrət içində olmaq. □ Qorxudan matı-qutu çəkildi.
Həmçinin bax:
Mat-mat baxmaq – donuxmuş halda sakit-sakit baxmaq, heyrətlə, təəccüblə baxmaq. □ Balaca dörd yaşında Cəbi atasına mat-mat baxardı, bir söz də söyləməzdi. (N.Nərimanov)
Heyrət içində, böht içində, çox təəccüblə. □ Mat-məbhut durmaq.
Bax: mat-məbhut.
Bax: madərşahlıq.
Tələbənin qiymətləri qeyd olunan sənəd; zaçot dəftərçəsi.
1. Metal lövhələrini basqı üsulu ilə işləmək, tökmə üsulu ilə literləri və s. hazırlamaq üçün tətbiq edilən çuxur metal qəlib. 2. Mətbəədə yığılmış mətnin (hürufatın) əks surəti olan karton qəlib. □ Kitabın yeni nəşri matrisadan çap olunub.
Hərbi donanmada komanda heyətinə mənsub olmayan sıravi xidmətçi, habelə mülki donanmada adi dənizçi.
Xüsusi biçimli, iri qatlama yaxalıqlı rəsmi matros bluzası; bu biçimdə uşaq və ya qadın üst bluzası. □ Uşaq üçün matroska almaq.
Matrosun işi, vəzifəsi. □ Matrosluq kursu.