1. Üzərində şəkil çəkilən, naxış salınan əsas rəng; zəmin, ton. □ Açıq fon.
2. Üzərində naxış salınan şey; yer (parça, xalça və s. haqqında). □ Xalçanın göy fonu.
3. Məcazi mənada: bir şeyin, hadisənin cərəyan etdiyi əsas şərait, mühit, vəziyyət, imkan. □ Dramatik konflikt müəyyən dərəcədə dövrün ziddiyyətləri fonunda inkişaf etdiyindən sərtdir, kəskindir. (M.İbrahimov).
Qeyd: ...fon. Bəzi mürəkkəb sözlərin “səs, səslənmə” mənasını verən yunan mənşəli ikinci tərkib hissəsi; məs.: meqafon, saksofon, telefon, diktofon və s.
Həmçinin bax:
1. Hər hansı məqsəd üçün ayrılan pul və ya maddi vəsait. □ Valyuta fondu. Əmək haqqı fondu. Nobel fondu.
2. Bir şeyin əsas ehtiyatını təşkil edən pul və ya maddi vəsait. □ Kitabxana fondu.
3. Maliyyə. Faizli, qiymətli kağızlar. □ Dövlət fondları və səhmləri.
4. Yaradıcı xadimlərə (memarlara, yazıçılara, rəssamlara və b.-na) maddi yardım göstərən təşkilat, idarə. □ Azərbaycan Ədəbiyyatı fondu.
5. Mədəniyyət, təhsil və digər sosial məqsədlər üçün könüllü ianələr hesabına yaradılan qeyri-kommersiya təşkilatı
Həmçinin bax: