1. Hər hansı bir səsi qulaqla qavramaq, almaq, duymaq, mənimsəmək. □ O biri otaqdan səs eşitmək. Kar eşitməz, yaraşdırar, kor görməz, quraşdırar. (Atalar sözü). Deməsən, eşitməzsən. (Atalar sözü).
2. Dinləmək, qulaq asmaq, fikir vermək. □ İt dəvəyə hürər, dəvə eşitməz. (Atalar sözü).
3. Xəbərdar olmaq, xəbər almaq, xəbər tutmaq, məlumat əldə etmək, agah olmaq, bilmək. □ Gördüyünü qoyub, eşitdiyindən danışma. (Atalar sözü).
4. Sözə baxmaq, əməl etmək, nəsihət qəbul etmək. □ Qulaq iki, dil birdir: bir söylə iki eşit. (Atalar sözü). Qızım, sənə deyirəm, gəlinim, sən eşit.
Həmçinin bax:
1. Sevgi, məhəbbət, sevda, böyük istək hissi, sonsuz bağlılıq. □ Vətən eşqi. Övlad eşqi. Həyat eşqi. Eşq ağladar, dərd göynədər. (Atalar sözü)
2. Şiddətli arzu, həvəs, meyil, istək. □ Sözün eşqilə, qəlbilə yaşar aləmdə insanlar; Sözün səyyar xəyalilə uçar əflakə dastanlar. (S.Vurğun).
3. Müxtəlif obrazlı tərkiblərdə: eşq əhli, eşq aləmi, eşq yarası, eşq afəti, eşq quşu, eşq dəryası, eşq odu, eşq əsiri və s. şəklində işlənib sevgi, məhəbbət hisslərini bildirir. □ Ariflər kimi eşqdən yazıb onu vəsf etməsə də, qəlbində böyük eşq dəryası dalğalandı.
Həmçinin bax:
1. Qazımaq, qazıyıb açmaq, qurdalamaq (torpağı, qumu, külü və s.-ni). □ Səlim ilğım kolunun dibini balaca bel ilə eşməyə başladı. (S.Rəhimov).
2. Burmaq. □ Bığını eşmək.
3. Barmaqla hazırlamaq, sarımaq. □ Çox yaxşı tütündür, birini eşin, dadına baxın. (M.Rzaquluzadə).
4. Hörmək. □ İp eşmək.
5. Məcazi mənada: əlləşdirmək, axtarmaq, araşdırmaq, qurdalamaq, töküşdürmək. □ Qazı ... kitabları eşib bir qara cildli kitab götürüb açdı. (C.Məmmədquluzadə).
Tirmədən və məxmərdən tikilən yaxası xəzli, gödəkqollu, sırıqlı qadın üst geyimi. □ Eşmək yaxası, ətəyi və qolları safsar xəzdərisilə, qızılı şəbəkə torla və şəridlə bəzənilirdi.
Həmçinin bax: