1. İş, hərəkət. □ Eşşək qulağından, ayı pəncəsindən, insan əməlindən tanınar. (Atalar sözü). Əməli olmayan alimin sözləri təsirsiz qalar. (Atalar sözü).
2. İcra, yerinə yetirmə. □ Elminə əməl etməyən alim əlində çıraq gəzdirən kora bənzər. (Atalar sözü).
3. Rəftar, hərəkət, iş. □ Əməlləri ilə hamını özündən incitdi. Öz əməlinə görə cəzasını alacaqdır.
4. Məcazi mənada: hiylə, kələk, biclik mənasında. □ Şeytan əməli. Bu sənin əməlindir.
5. Hesabda tətbiq edilən əsas qayda. □ Hesabda əsas dörd əməl var: cəmləmə, çıxma, vurma, bölmə.
Qayə, məqsəd, şiddətli arzu. □ Min bir əməl arxasınca qoşmağı; Dürlü-dürlü ürəklərdən öyrəndim. (M.Müşfiq).
Həmçinin bax:
1. İcrası (tətbiqi) lazım olan, həyata keçirilməli olan; işgüzar, praktik. □ Əməli təklif. Əməli iş.
2. Sırf nəzəriyyəyə, elmə aid olmayıb işlə, əməliyyatla, təcrübə və tətbiq ilə də bağlı olan; tətbiqi, praktiki. □ Əməli işin elmi tədqiqat işi ilə əlaqələndirilməsi. Lüğətçiliyin nəzəriyyəsini bilmək kifayət deyil, onun əməli cəhətini də bilmək vacibdir.
3. Yalnız sözlə deyil, işlə, əməllə olan. □ ..Zavodun kollektivi respublikanın bəzi uşaq evlərinə hamilik edərək, onlara əməli yardım göstərir.
1. Müəyyən bir məqsəd güdən və bir-biri ilə əlaqəli olan işlər. □ Təmizləmə əməliyyatı.
2. Tibb. Bəzi xəstəliklər, yaxud yaralanmalar zamanı müalicə məqsədilə bədənin hər hansı bir yerində icra edilən cərrahlıq işi. □ Cərrahlıq əməliyyatı.
3. Müharibədə bir məqsədi, tapşırığı yerinə yetirmək üçün aparılan döyüş işləri. □ Hərbi əməliyyat. Hücum əməliyyatı. Mühasirə əməliyyatı.
4. Maliyyə, ticarət idarəsinin gördüyü işlərin məcmusu. □ Bank əməliyyatı. Kredit əməliyyatı. Mal mübadiləsi əməliyyatı. Birja əməliyyatı.
Həmçinin bax:
1. Olduqca yaxşı, bütün tələbata cavab verən, mükəmməl, nöqsansız, bütün, tam, ciddi, əsaslı surətdə, lazımınca, lazımi kimi, istənildiyi kimi, mükəmməl surətdə, olduqca, lap. □ Əməlli-başlı bir şey. Əməlli-başlı bir usta tapmaq. Pəri burada əməlli-başlı məclis qurdu, yemək-içmək düzəltdi. (Nağıl).
2. Zərf kimi: olduqca yaxşı, bütün tələbata cavab verən, mükəmməl, nöqsansız, bütün, tam, ciddi, əsaslı surətdə, lazımınca, lazımi kimi, istənildiyi kimi, mükəmməl surətdə, olduqca, lap. □ Əməlli-başlı işləmək. Heç bir şeyi əməlli-başlı demir.