1. Birinə inanıb bir şeyi saxlanmaq üçün müvəqqəti olaraq tapşırma, vermə, özgənin tapşırdığı şey. □ Əmanətə xəyanət olmaz. (Atalar sözü).
2. Sifət kimi: əmanət qoyulmuş, müvəqqəti tapşırılmış. □ Əmanət əşya.
3. Banka faizlə qoyulan pul. □ Əmanətlərin qəbulu, verilişi.
4. Zərf kimi: sınıq-salxaq, davamsız; uçulmaq, dağılmaq, yıxılmaq üzrə olan, amanatabənd.
Oturuşu o qədər əmanətdi ki, balaca bir təkanla onu arxası üstə aşırmaq olardı. (Ə.Əbülhəsən).
5. Arxaizm. Nida kimi: Allah eləməsin. □ Əmanət, əmanət, dəyməsin ara; Düşməsin ədavət bir də dübara. (Q.Zakir).
Həmçinin bax: