Ələmə işi gördürmək, ələkdən keçirtdirmək; ələtmək. □ Unu ələtdirmək.
Bax: ələtmək.
Ələmə işi gördürmək, ələkdən keçirtdirmək. □ Bənna fəhləyə qum ələtdi.
Kitabın səhifələri arasına nişan üçün qoyulan lentşəkilli kağız parçası. □ Kitabın ortasında qəzet kağızından qayrılmış əlfəcin vardı.
Klassik ədəbiyyatda indi, bu halda, bu anda mənalarında işlənmişdir. □ Düşdün niyə bəs bu halə əlhal? Bilməm nə səbəbdən olmusan lal? (M.Ə.Sabir).
Klassik ədəbiyyatda özəl səslər, gözəl nəğmələr, təranə mənalarında işlənmişdir. □ Bağda açdı üzündən o güli-tazə niqab; Çaşdırıb bülbül özün, eylədi əlhanı qələt. (S.Ə.Şirvani).
Klassik ədəbiyyatda özün gödəyi, sözün qısası, xülasə, bir sözlə, nəhayət mənalarında işlənmişdir. □ Əlhasil, gəlib şəhərə çatdıq.
Heç şey görmədən, əl duyğusu vasitəsilə. □ Əlhavası yerimək.
Hay-küy, təlaş, əl-ayağa düşmə. □ Ancaq kim nə təhər əlhaya düşsə də, el-oba sevinir, Qaçaq Nəbinin şəninə məclislər qurulur. (S.Rəhimov).
Əlhəd daşı – qəbirdə ölünün başı söykəndiyi daş. □ Qəbrimi özgə qazıb; Əlhədim dar düşübdü. (Ağı).
Həmçinin bax:
Arxaizm. Həqiqətən, doğrusu, doğrudan da. □ Əlhəq, əlhəq, gözəl binasən! (M.Ə.Sabir).
İlahiyyat. Allaha şükür olsun, şükür Allaha. □ İskəndər əmi payını yeyib qurtarandan sonra, “əlhəmdüllah” deyib dodaqlarını sildi. (M.Hüseyn).
1. Qaç! qorx! uzaq ol! üzünü görmə! □ İkiüzlü adamlardan əlhəzər! Arvad üzlü kişidən, kişi üzlü arvaddan əlhəzər. (Atalar sözü). 2. Rədd olsun, uzaq olsun. □ Əlhəzər, haraya istəyir, qoy getsin.
Ürəkdən başqalarına pul, mal və s. ilə kömək edən; səxavətli, comərd. □ Əliaçıq adam.
Əliaçıq adamın hal və sifəti; səxavətlilik, comərdlik, səxavət. □ Əliaçıqlıq yaxşı sifətdir.