Unun kəpək və qeyri zibillərini təmizləmək üçün sağanağa keçirilmiş sıx tordan ibarət alət. □ Qaraçı bir ələk verib, elə bil evə dirək verib. (Atalar sözü). Ələk dairəvi qutu şəklində olur.
Həmçinin bax:
Ələk qayıran və satan adam.
Həmçinin bax:
1. Bir-birinin əlindən tutaraq. □ Əl-ələ oynadılar. Əl-ələ yerimək.
2. Birgə, bir yerdə, həmrəycəsinə, dostcasına. □ Əl-ələ işləmək. Əl-ələ çalışmaq. Əl-ələ verməklə dağı dağ üstə qoymaq olar. (Atalar sözü).
Həmçinin bax: