1. Əl altında işləyən, köməkçi işləri görən, köməkçi. □ Usta əlaltısı. Bənna əlaltısı.
2. Zərf kimi: xəlvəti, gizlicə, heç kəsin xəbəri olmadan, əl altından. □ Əlaltı xəbər göndərmək.
3. Məcazi mənada: başqasının göstərişi və ya rəhbərliyi ilə işləyən, iş görən adam; köməkçi. □ Getdikcə dostlar üz döndərir, tərəfdar azalır, əlaltıları da eşitmək istəmirdilər. (B.Bayramov).
4. Kart və başqa oyunlarda: hazırda oynayan adamdan sonrakı birinci adam.
1. Yardıma, imdada, köməyə çağırış, yalvarış bildirir. □ Əlaman, qurd qoyunu parçaladı!
2. Şikayət bildirir. □ Əlaman durnalardan; Qaç yaman durnalardan; Tutaram sorağını; Hər zaman durnalardan. (Bayatı).
3. İsim kimi: imdad, nicat. □ Əlamanım sənsən. Əlamanda olmaq. Əlamanda qalmaq.
Həmçinin bax:
1. Bir şeyin bilinməsinə, müəyyən edilməsinə vasitə olan nişanə; işarə. □ Xəstəliyin əlamətləri. Payızın əlamətləri.
2. İz, əsər, qalıq. □ Qədim zamanda Azərbaycanda şüşəçilik sənətinin tərəqqi etdiyini göstərən bir çox tarixi əlamətlər var.
3. Məcazi mənada: rəmz, ifadə, işarə. □ Üzdəki heyrət əlaməti.
4. Məcazi mənada: görünməmiş, fövqəladə, tayıbərabəri olmayan şey haqqında. □ Hər aşiqin bir yarı var; Əlamətdi mənim yarım. (Q.Zakir).
Həmçinin bax: