1. Sürülmüş yerə toxum atmaq, toxum səpmək. □ Nə əkərsən, onu biçərsən. (Atalar sözü).
2. Quyu şəklində qazılmış yerə ağac, kol və s. basdırmaq. □ Ağac əkmək. Tikan əkən, gül dərməz. (Atalar sözü).
3. Məcazi mənada: başlanğıcını qoymaq, binasını qoymaq. □ İllər keçib, zəmanələr dolanıb, o şəxslərin əkdikləri toxumlar bar verib. (Ə.Haqverdiyev).
4. Məcazi mənada: döl qoymaq, törətmək. □ Goruna od qalansın, ay bu sarsaq kişini əkən dədə! (Molla Nəsrəddin lətifələri).
Çörək. □ Əkmək almaq.
Hiylə və tədbirlə yola salmaq, yanından uzaqlaşdırmaq, rədd etmək, başdan eləmək. □ Bəyin fikrinə gəldi ki, aşnam məni əkmək istəyir. (Mir Cəlal).
Həmçinin bax:
1. Bir şeyin işıq şüalarının sınması nəticəsində hamar, parlaq səth, güzgü, su və s. üzərində görünən şəkli, surəti. □ Güzgü əyri olsa, əksi əyri göstərər. (Atalar sözü).
2. Səsin bir yerə dəyib geri dönməsi. □ Elə dərələr vardır ki, bir səs çıxaranda dörd əks alırsan.
3. Şəkil, fotoşəkil. □ Sitarənin xəyalında bir cavan oğlanın əksi nəqş bağlamışdı. (Y.V.Çəmənzəminli).
1. Tərs, inad, höcət. □ Çox əks adamdır, dediyindən əl çəkmir.
2. Zidd, tərs. □ Yalan doğrunun əksidir. Əks fikir. Əks nəticə.
Həmçinin bax: