1. Klassik ədəbiyyatda diriltmə, canlandırma, oyatma; dirilmə, canlanma, oyanma mənalarında işlənmişdir. □ Nola gər əmvatü əhya versə sübhün dəmləri; Zikriləlindir, kim eylər dəmbədəm təkrar sübh. (M. Füzuli).
2. Arxaizm. Məcazi mənada: yenidən həyat vermə, bərpa etmə, abadlaşdırıb şənləndirmə, canlandırma, vücuda gətirmə, təsis etmə. □ Əhya etmək.
3. İlahiyyat. Dindar müsəlmanların gecə sübhə kimi ibadətlə məşğul olması. □ Əhya gecələri.
1. Klassik ədəbiyyatda qardaş mənasında işlənmişdir.
2. Tarix. Əxilər – orta əsrlərdə Kiçik Asiyada və qismən Azərbaycanda meydana gəlmiş “Zəhmət qardaşlığı” deyilən cəmiyyətin üzvləri. □ Əxilər məclisində mən səninlə bir süfrədə çörək kəsmişik, bala! (Ə.Məmmədxanlı).
1. İnsanın mənəvi keyfiyyətini, əhvali-ruhiyyəsini müəyyən edən etik normalar; mənəviyyat. □ Mən .. müsəlman xalqlarının əxlaq və rəftarını yaxşılaşdırmaq məqsədilə bir neçə səhnə əsəri yazmışam. (M.F.Axundzadə).
2. İnsanın yaşadığı cəmiyyət və onu təşkil edən üzvləri ilə rəftarı və özünü aparma qaydası. □ Əxlaq normaları.
Həmçinin bax: