1. Siyasi və sosial-iqtisadi coğrafiyada: inzibati ərazi vahidi, müəyyən sərhədləri olan dövlət.
Ö. cəmiyyətin mədəni, siyasi-hüquqi cəhətdən təşkilatlanmasının mühüm formasıdır, buna görə də bir çox hallarda “dövlət” anlayışı ilə eyniləşdirilir, onun sərhədləri isə dövlət sərhədi adlandırılır.
2. Fiziki coğrafiyada: coğrafi mövqeyinə, makrorelyefinə, digər əlamətlərinə görə ümumilik təşkil edən böyük ərazi; məs.: Aralıq dənizi Ö.-ləri, dağlıq Ö.-lər, tropik Ö.-lər və s.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiAyrı-ayrı ölkələrin, onların hissələrinin təbiətini, əhalisini, iqtisadiyyatını, mədəniyyətini öyrənən və bu məlumatları özündə birləşdirən elm sahəsi.
Ö. coğrafiyanın ən qədim sahələrindən biridir. O həm nəzəri, həm də coğrafi biliklərin geniş yayılması, cəmiyyətin mədəni inkişafı baxımından böyük əhəmiyyətə malikdir.
Coğrafiya terminləri lüğətiCanlı danışıq dili kimi işlənməyən, adətən, yazılı abidələrdə qorunub saxlanan dillər.
Başqa dillərin sıxışdırıb aradan çıxardığı bir çox Ö.D. (helt, şumer, qıpçaq, etrusk dilləri və s.) elmi-tədqiqat baxımından əhəmiyyətlidir. Ö.D.-in bəzilərindən elmi ədəbiyyatda (məs.: latın dili) və dini mərasimlərin icrasında (məs.: sanskrit) istifadə edilir.
Coğrafiya terminləri lüğətiAsiyanın cənub-qərb hissəsində Kiçik Asiya və Ərəbistan yarımadaları, İran yaylası, Mesopotamiya ovalığı və Aralıq dənizinin şərq sahillərindən ibarət coğrafi ərazi.
Sahəsi təqribən 7,5 mln. km2-dir. Ö.A. iki böyük təbii vilayətdən – Ö.A. yaylasından və Cənub-Qərbi Asiyadan ibarətdir. Bura Qafqaz dağları, Kopetdağ silsiləsi, Əfqanıstan, İran, Cənubi Qafqaz ölkələri, Türkiyə, Kipr, İraq, Ərəbistan yarımadası ölkələri, həmçinin Misirin Sinay yarımadası daxildir. Region tropik və subtropik iqlim qurşaqlarında yerləşib. Ö.A.-nın əhalisinin əsas hissəsini türklər, ərəblər və farslar təşkil edir. Zəngin neft və təbii qaz ehtiyatlarından başqa, region ölkələri filiz, qiymətli daş və metal sərvətlərinə malikdir.
Coğrafiya terminləri lüğətiEtimoloji kökü öc kəlməsidir. Bu kök mənbələrdə həm də “söndürmək” (keçirmək) mənasında qeydə alınıb. Öc almaq, elə “hirsini söndürmək” (intiqam almaq) deməkdir. Deməli, hər iki məna arasında yaxınlıq var. Öcəşmək (öc-ə-ş-mək) feilin qarşılıq–birgəlik növünü bildirir. İndi öcə feili müstəqil işlədilmir, lakin sözün qəlibi boşa, yaşa tipli faktlarda özünü büruzə verir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti