1. Əlləşdirmək, dartışdırmaq, yavaşca dartmaq. □ Saçını çəkişdirmək.
2. Dartmaq, çəkmək. □ Şahmar nənəsinin qolundan yapışıb, nə qədər çəkişdirdisə də qarı yerindən tərpənmədi. (B.Bayramov).
3. Dartışdırmaq. □ Uşaqlar bir-birini çəkişdirib sakitləşməyə çalışdılar. (S.Rəhimov).
1. Mübarizə etmək, çarpışmaq. □ Çəkişməsən bərkiməzsən. (Atalar sözü).
2. Mübahisə etmək. □ Bu arada müştərilər hərlənir, qiymət üstündə uzun-uzadı çəkişirdilər. (S.Rəhimov).
3. Mərc çəkmək. □ Firuzə cücənin cınağını götürərək Sərvnaza tərəf uzadıb: – Gəl çəkişək, – deyir. (İ.Əfəndiyev).
Bax: çəkmək.
Ayaqqabı. □ ..ayağında dizdən əsgər çəkməsi vardı. (Ə.Vəliyev).
Dialekt. Düyüsünün suyu süzülmədən bişirilən plov; dəmyə. □ Gülsüm xala danışığı kəsib, aralığa bir süfrə saldı və üstünə bir boşqab dolu düyü çəkməsi, çörək, pendir və qatıq qoydu. (E.Sultanov).
Azərbaycan dilinin izahlı lüğəti1. Bir şeyi tutub özünə və ya başqa bir tərəfə dartmaq. □ İpi çəkmək.
2. Özünə tərəf çəkərək açmaq. □ Yazı stolunun yeşiyini çəkmək.
3. Bir şeyi başqa bir şeyin içərisindən çəkib çıxarmaq. □ Qılıncı qınından çəkmək.
4. Dartmaq, tutmaq. □ Çəkib Əmirxanın qolundan Elyar; Apardı onların üstünə sarı. (S.Vurğun).
5. Sıxmaq, dartmaq. □ Cəmil təzə atlaz köynəyi geydi və üstündən əsgər toqqasını bərk çəkdi. (Q.İlkin).
6. Özünə və ya başqasına yaxınlaşdırmaq, yaxın qoymaq. □ Nimçəni qonağa tərəf çəkmək.
7. Lazımi yerə qoymaq, yaxınlaşdırmaq. □ Stolu pəncərəyə tərəf çəkmək.
8. Qolundan və s.-dən tutaraq içəri aparmaq və ya bayıra çıxarmaq. □ Qonaqları içəri çəkmək.
9. Bir yerə və ya bir şeyin yanına aparmaq. □ Mətbəxə çəkmək.
10. Örtmək, bağlamaq, qapamaq; üstünə örtmək, salmaq. □ Pəncərəni çəkmək. Yorğanı başına çəkmək. Adyalı üstünə çəkmək.
11. Sərmək, salmaq. □ Stolun üstünə süfrə çəkmək.
12. Yemək üçün xörəyi qablara qoymaq. □ Aşı nimçəyə çəkdi.
13. Bir şeyin, adətən tütünün tüstüsünü içinə almaq və buraxmaq. □ Çubuq çəkmək.
14. Davam etmək, sürmək, vaxt aparmaq. □ İmtahan üç saat çəkdi.
15. Üyütmək, un, yarma və s. halına salmaq. □ Buğdanı çəkmək.
16. Götürmək, qaldırmaq. □ ..Veys sözünü kəsdi və membranı valın üstündən çəkmək istədi. (Ə.Əbülhəsən).
17. Vurmaq, ilişdirmək. □ Şillə çəkmək.
18. Çəkisini müəyyənləşdirmək. □ ..Götür, bir kəllə çək, görək nə qədər gələr? (C.Məmmədquluzadə).
19. Tikmək, etmək. □ Hasar çəkmək.
20. Kanal, yol və s. düzəltmək; tikmək. □ Şose yolu çəkmək.
21. Telefon, elektrik, radio və s. ilə təchiz etmək üçün müəyyən işlər görmək. □ Telefon çəkmək. İşıq çəkmək. Radio çəkmək.
22. Sürtmək, gəzdirmək, sığallamaq. □ Əlini üzünə çəkmək.
23. Rəsm etmək. □ Kənd mənzərəsi çəkmək.
24. Fotoaparatla şəkil almaq. □ Nümayişçiləri çəkmək.
25. Geymək. □ Plaşını əyninə çəkmək.
26. Rəngləmək, boyalamaq, rəng (boya) sürtmək. □ Evin səqfinə rəng çəkmək.
27. Malalamaq, suvaqlamaq. □ Mala çəkmək.
28. Məcazi mənada: cəlb etmək, həvəsləndirmək, çox maraqlandırmaq. □ Kənd mövzusu rəssamı çəkir.
29. Məcazi mənada: oxşamaq, bənzəmək. □ Ana tərəfə çəkmək.
30. Destillə yolu ilə bir maddədən başqa maddə almaq, tədqiq etmək. □ Spirt çəkmək.
Həmçinin bax:
1. Gül və ya bitkilərdən dairə şəklində hörülmüş zinət, bəzək. □ Bu yaxında bir də ora qayıdaram mən; Bəxtiyarın qəbri üstə qoyarıq çələng. (Ə.Cəmil).
2. Obrazlı təşbehlərdə ucaltmaq, yüksəltmək, vəsf etmək mənalarında işlədilir. □..Mənə bax, gözümdən qəlbimi oxu; Sevgidən başıma bir çələng toxu.. (A.Şaiq).
1. Əl ağacı, əsa. □ Çəliyini yerə o döyə-döyə; Asta addımlarla qalxır kürsüyə. (B.Vahabzadə).
2. Əkilmək üçün qısa kəsilmiş budaq; qələm.
1. Möhkəm dəmir, polad. □ Çünki sənin heykəlin nə tuncdan, nə çəlikdən; Ölməz o abidənin özün oldun memarı. (R.Rza).
2. Məcazi mənada: polad kimi, dəmir. □ Bir çəlik yaysan, əyilməzsən sən; Qalalar çöksə, sökülməzsən sən. (M.Müşfiq).