1. Başqa hala salınmaq, başqa şəklə salınmaq, döndərilmək. □ O başını yellədib bir ah çəkdi dərindən, “Ah” alova çevrilib saçıldı gözlərindən. (B.Vahabzadə).
2. Tez-tez bir haldan başqa hala keçmək. □ Su donaraq buza çevrilmişdir.
3. Məcazi mənada: dönüb başqa bir şey olmaq, başqa keyfiyyət almaq, başqa bir şeylə əvəz olunmaq. □ Bir anda Sonanın halı dəyişdi, həsrət və məhəbbət qəribə bir marağa və şübhəyə çevrildi. (M.İbrahimov).
4. İstiqamətləndirilmək, yönəldilmək. □ Pulemyotlar düşmənə tərəf çevrildi.
5. Dönmək, devrilmək. □ Səs-küy artdı, ara qarışdı, üstü içki və yeməklə dolu stollar çevrilib alt-üst oldu. (S.Vəliyev).
6. Özünü çevirmək, özünü döndərmək; başqa səmtə döndərmək, dönmək. □ Tərlan yatağında tez-tez o yan-bu yana çevrilir, yata bilmirdi. (M.Hüseyn).
7. Şumlanmaq, sürülmək, bellənmək, təpilmək. □ Meynəlik çevrilib qurtarmışdır.
8. Tərcümə olunmaq. □ Əsər bir neçə dilə çevrilmişdir.
Həmçinin bax:
1. Ağıza qoyulan bir şeyi dişlə qırmaq; gəmirib qırmaq, əzmək, xırdalamaq, ovmaq. □ Ağzımda çörəyi çeynəyib bəzən; Xırdaca-xırdaca yemlərdim onu. (S.Vurğun).
2. Hirs, qəzəb, acıq ifadəsi olaraq dodaqlarını, bığlarını dişləri arasına alıb əzmək, gəmirmək. □ Acıqdan çeynədi dil-dodağını; Kinindən yeyirdi ürək yağını. (A.Şaiq).
3. Məcazi mənada: bir sözü çox təkrar etmək; təkrarlamaq, bayağılaşdırmaq. □ Axşamacan hamı bu sözləri ağzında çeynəyirdi və çeynəyib özgəsinə verirdi. (B.Talıblı).
4. Məcazi mənada: tapdalamaq, ayaqlar altına salmaq. □ ..Çeynədik yıpramış adətləri biz; Böylə azadə ömür sürmədəyiz. (H.Cavid).
Həmçinin bax:
1. Yeyilən şey ağızda dişlər altında əzilmək, gəmirilmək, dişləm-dişləm edilmək. □ Yemək çeynəndikdən sonra udulur.
2. Məcazi mənada: çox-çox təkrar edilərək bayağılaşdırılmaq, həddindən artıq təkrar edilmək.
3. Məcazi mənada: ayaqlar altına salınmaq, tapdalanmaq, təzyiq altına alınmaq, zülm edilmək. □ Dumalar padşaha nökərdir yalnız; Yenə də çeynənir bizim haqqımız. (S.Vurğun).