Əsən monqol dilində “sağlamlıq” deməkdir, əsəni kəsilmək “xəstələnmək”dir, “məhv olmaq”dır. İndi əsəni kəsilmək “kökü kəsilmək” kimi başa düşülür. Qərb rayonlarında Allah əsənini üzsün cümləsi qarğış mənasında işlədilir. Mənbələrdə əsən (əsəngü)sözü “sağlamlıq” kimi açıqlanıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMənbələrdə əs sözü “xeyirxah”, əssiz kəlməsi isə “xəsis” kimi açıqlanıb. Əsirgə “qıymamaq” kimi şərh olunub. -irgə adlardan feil düzəldir (yad-ırğa-maq). Əsirgə də bu qəlib üzrə əmələ gəlib və “əs” in olmamağı (xeyirxahlığın olmamağı) mənasını əks etdirir. İndi söz qıymamaq, xəsislik etmək mənalarında işlədilir. Tatar dilində az sözündən az-sı-maq feili əmələ gəlib onlarda az-sı-n-ır-qa (az hesab et) sözü də var. Əsirgə feili azsınırqa kəlməsinin dəyişmiş forması da ola bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiKeçmiş, köhnə mənalarında işlədilən bu söz çuvaş dilində z ilə yazılır: əzki. Altay dillərində izo(ozo) sözü “əvvəlki”, “qabaqkı” mənalarında işlədilir. Özki sözü “старый” kimi tərcümə edilib. Bizdə əvvəl yerinə əzəl də deyirlər. Güman etmək olar ki, sözün əsli ozo kəlməsi ilə bağlıdır: “uzaq keçmiş” mənasını verir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti1. Dilimizdə əs feili olub, “azaltmaq” mənasında işlədilib. Onun da əsasında əvvəlcə əski törəmə kökü, sonra isə əskik sifəti, əskilmək feili əmələ gəlib. Əski kökü indi də asanlıqla ayrıla bilir: əski-k və əski-l(mək) sözlərində kök özünü saxlaya bilib, amma indi müstəqil şəkildə işlədilmir.
2. Əsli əksik kimi olub. Türkoloqların bəziləri ək (çatışmazlıq) sözünü əsas götürür və kəlməninin kökünü Hind-Avropa mənşəli hesab edirlər. Əksimək feili “çatışmazlığa, azlığa meyil etmək” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiƏsmək, əsin (bu söz qabaqlar külək mənasında çox işlədilib) sözləri ilə kökdaşdır və qədim mənası rus dilindəki дуть feili ilə tərcümə olunub. Deməli “külək əsir” cümləsindəki əsmək feili ilə əsnəmək sözü eyni kökə malikdir. Söz belə yaranıb: əsmək feilindən əsin ismi, ondan isə əsinə feili əmələ gəlib, sonra i saiti ixtisara düşüb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiO.Süleymenova görə, slavyan mənşəlidir və есть sözünün dəyişmiş formasıdır. Gün və günəş sözlərini fərqləndirmək üçün ikinciyə есть (əş) artırılıb, mənası “Gün есть” deməkdir. Mübahisəlidir. Çox güman ki, oxşarlıq bildirən sözdür və türk mənşəlidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDünya dillərinin çoxunda ət anlamını verən sözün mənası bədən deməkdir. Məsələn, latış dilindəki myaso (ruslara da latışlardan keçib) indi də bədən kimi başa düşülür. Bədən bizim söz deyil, ərəbcədir. Görünür, dilimizdə onun yerinə elə ət işlədilib. Bu sözün bir mənası da “yumşaq” olub. Sonuncu variant daha inandırıcıdır (yəqin ki, sümüklə müqayisə əsas götürülüb). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti