1. Ağrı, həyəcan, həsrət və s. hissləri ifadə edir; fəryad, fəğan. □ Ah, axı bu həsrətlə necə yaşayım?!
2. Təəssüf, kədər, peşmanlıq, ümidsizlik, məyusluq ifadə edir. □ Ah, bilsəydim, heç gəlməzdim! Ah, onu bir daha görməyəcəyəm!
3. Təəssüf, heyrət, sevinc, həmçinin gözlənilməz bir şey qarşısında doğan hissləri ifadə edir. □ Ah, o uzun illər indi mənə yuxu kimi gəlir.
4. İsim kimi: fəryad, fəğan. □ Çərxə çıxardı ahımı, canımı yandırdı qəmin. (İ.Nəsimi).
5. Arxaizm. İsim kimi: bəddua, qarğış. □ Atanın duası əsər eylər, ananın ahı. (Atalar sözü).
Həmçinin bax:
1. Bir şeyi birdən-birə başa düşdükdə, bir şeyi axtararkən gözlənilmədən ona rast gəldikdə, yaxud da unudulan bir şey birdən yada düşdükdə deyilir. □ Aha, indi əlimdən qaça bilməzsən! Aha, deməli bu sənsən!
2. Təsdiq, razılıq bildirir; əlbəttə, yaxşı, hə, bəli, doğru. □ Aha, aha düz deyirsən. Aha, aha, elə lazımdır.