Arxaizm. Ata-ana üzünə durma, qabarma; ata-ananın itaətindən çıxma. □ Biz övrətə heç bir söz demərik, halbuki ağvalideyn, yəni ata və ananın üzünə durmaq böyük günahlardan hesab olunur (Molla Nəsrəddin).
Üzü ağ, ağbəniz, ağsifət. □ Ağyağız adam. Ağyağız qız.
1. Ağ yallı, ağ yalı olan. □ Ağyallı at. 2. Məcazi mənada: ağsaç, ağbirçək.
Bax: ağyağız.
Botanika. Dəniz sahili qumlarında bitən çoxillik ot bitkisi.
Botanika. Yarpaqlarının rəngi ağ olan.
Astronomiya. Aydınlıq gecələrdə göy qübbəsində işıq zolağı kimi görünən ulduzlar yığını; Südyolu, Kəhkəşan. □ Ağyol Qalaktikası kainatdakı təxminən 350 milyard qalaktikadan biridir.
Botanika. Çoxillik paxlalara aid yem bitkisi.
Maymaq, huşsuzluq, diqqətsiz. □ Ələkbər kişi çox ağzıaçıq və huşsuz adam idi.
Maymaqlıq, huşsuzluq, diqqətsizlik. □ Huşsuzluq və ağzıaçıqlıq adamın başın aşağı eləyir.
Sözübir, dilbir, müttəfiq. □ Ağzıbir, sözübütöv olmaq həmişə adamı qabağa aparar.
1. Tək bir çıxacağı olan yer, darısqal yer, möhkəm yer, çıxılmaz yer. 2. Dam, həbsxana. □ Doğru deyir, ağa, onlar heç vaxt özlərini bu ağzıbirə salmazlar (N.Vəzirov).
Söz birliyi, ittifaq, sözü bir olma. □ Ağzıbirlik və cəsarət olmayan yerdə uğurdan söhbət gedə bilməz.
1. Söz saxlaya bilməyən, sirr saxlaya bilməyən; sözünün üstündə durmayan, etibarsız, dəyanətsiz; zabitəsiz, zəif iradəli, qeyri-ciddi, sözü keçməyən. □ Ağzıboş adam. 2. Naqqal, boşboğaz.
1. Sözünün üstündə durmama, etibarsızlıq; zabitəsizlik, ciddiyyətsizlik, zəiflik, sözü keçməməzlik. □ Heç kim bilərəkdən ağzıboşluq eləmək istəməz.
2. Naqqallıq, boşboğazlıq.
Ciddi, sözünün üstündə duran, dayanıqlı, sirr saxlayan. □ O, kənddə ağzıbütöv və savadlı bir adam kimi tanınırdı.