1. Çoxlu ağac bitmiş yer, meşəlik. □ Kəndin yanı ağaclıq idi.
2. Sifət kimi: ağacları çox olan. □ Şəhərin hər tərəfi ağaclıq yerlərlə dolu idi.
3. Arxaizm. Numerativ söz kimi: təxminən 6-7 kilometrə bərabər uzunluq ölçüsü. □ Mənim adətimdir: bir yerdə dustaqxana adı gələndə, gərək iki ağaclıqdan qaçam, yox olam (C.Məmmədquluzadə).
4. Dialekt. İri güllü, tikanlı ot adı.
Azərbaycan dilinin izahlı lüğəti1. Hakimiyyət, hökmranlıq; böyüklük, başçılıq; üstünlük, nüfuz. □ Düşmən yad torpaqlarda ağalıq etmək fikrində idi.
2. Arxaizm. Ağaya məxsus mülk, ev, su, meşə, heyvan və s. □ Piri kişinin daxması ağalığın böyük meyvə bağının içində idi. (S.S.Axundov).
Azərbaycan dilinin izahlı lüğəti