Dialekt. Saxsı nimçə, dövrə.
Tünd-bənövşəyi rəngli tərəvəz bitkisi. □ Badımcan ləki. Badımcan dolması.
Yekə, göyərmiş burnu olan. □ Uzunbığ və badımcanburun mirab xəşəl qarnını qabağa verib içini arıtladı. (S.Rəhimov).
Botanika. Birillik və çoxillik yarımkol və ya kolşəkilli bitkilər fəsiləsi.
Badımcan rəngli, tünd-bənövşəyi. □ Badımcanı sətin.
Badımcan əkilmiş yer.
1. Toyuqların ayağına nişan üçün tikilən əsgi, çit parçası. 2. Alıcı quşların baldırına keçirilən tumac qayış; cılğı. 3. Sapdan toxunma halqa.
Səba yeli, səhər əsən xəfif, sərin yel; meh. □ Ey badi-səba, məndən ol yarə salam eylə. (M.V.Vidadi)
1. Arxaizm. Xalq təbabətində müalicə məqsədilə işlədilən küpə, banka, stəkan və s.; həcəmət.
2. Arxaizm. Dəmkeş, külbə.
İdman. Raketka və lələkvarı topla oynanılan, tennisə bənzəyən idman növü.
Bax: badi-səba.
İçinə süd sağmaq, yaxud maye tökmək üçün misdən, saxsıdan və s.-dən qayrılan altı gen böyük qab. □ A qız, o böyük badyanı gətir. (M.F.Axundzadə).
Balaca badya. □ ..əlini ataraq, ocağın qırağındakı xəmirli badyaçanı qaldırıb, suyunu başına çəkdi. (S.Rəhimov).
Botanika. Kolluqlarda, zibilli yerlərdə bitən zəhərli bitki.
Dialekt. Dərz bağlamaq üçün biçinçinin biçib bağladığı sünbül toplusu. □ Qırmızı yaylıqlı kəndli .. bağladığı bafanı alıb, Büləndin yanına gəldi. (Ə.Əbülhəsən).