1. Atanın, ya ananın atası; nəvəsi olan kişi. □ Hər saqqalı baba olmaz. (Atalar sözü).
2. Bəzi yerlərdə ataya deyilir.
3. Yaşlı və hörmətli kişi, yaxud yaşlı kişiyə hörmətlə müraciət, çox qoca kişi mənasında. □ Durub cütçü baba öpdü alnımdan; Bildim ki, mehriban olurmuş insan. (S.Vurğun).
4. Bəzən xitab yerində işlənir. □ Baba, məndən nə istəyirsən?
5. Sadə, adi, fağır mənasında (adətən təvazö üçün peşə, sənət bildirən sözlərə qoşulur). □ Mən yoxsul bir müəllim babayam. (Ə.Haqverdiyev).
6. Əcdad (yalnız cəm şəklində işlənir). □ Babalarımızın yadigari. Seyrə vardıqda o heçlikləri mən; Deyirəm: torpağa dönmüş babalar.. (S.Vurğun).
Həmçinin bax:
Bax: vəbal.
Həmçinin bax: