1. Yeməyə ehtiyac hissi; uzun müddət doyunca yeməmə. □ Afrikanı bürüyən aclıq bütün dünyanın diqqət mərkəzindədir.
2. Məhsulsuzluq və ya başqa bir ictimai fəlakət nəticəsində əmələ gələn qıtlıq, ərzaq yoxluğu. □ Aclıqda darı çörəyi halvadan şirin olur.
3. Məcazi mənada: ümumiyyətlə, qıtlıq, hər hansı istehlak şeylərinin azlığı, çatışmaması, tapılmaması. □ Əmtəə aclığı.
4. Dialekt. Təzə taxıldan birinci dəfə üyüdülən un, döyülən xırman.
Həmçinin bax:
1. Qıfılı, kilidi açmaq və ya bağlamaq üçün alət. □ Qapı açarı. Siyirtmə açarı. Açar qıfıldan güclüdür.
2. Çilingərlikdə, cihazqayırmada detalları açmaq üçün istifadə olunan müxtəlif ölçülü alət. □ Elektrik açarı, qaz açarı.
3. Şifrlə mətn yazmaq və oxumaq üçün xüsusi hazırlanmış kodlar, işarələr sistemi. □ Şifrin açarını tapmaq.
4. Məcazi mənada: müxtəlif problem və məsələlərin həlli yolu. □ Problemin açarını tapmaq.
5. Ədəbiyyatşünaslıq. Dilçilik. Sifət kimi: Mətnin məzmununu, mahiyyətini qabarıq açan, ifadə edən (söz və söz birləşmələri haqqında). □ Açar söz.
6. Musiqi. Not sətirlərinin əvvəlində notların mənasını müəyyən edən işarə. □ Skripka açarı.
7. İdman. Güləşdə tətbiq edilən fənd.
Həmçinin bax:
1. Açar qayıran, qıfıl, açar ustası, çilingər. □ Əmim lap çoxdan açarçı işləyir.
2. Mədənlərdə və s-də mexanizmləri bağlayan fəhlə. □ Qardaşım artıq mədəndə açarçı vəzifəsində işləyir.
3. Həbsxana qapılarının açarlarını saxlayan, onları açıb bağlayan xidmətçi.
Azərbaycan dilinin izahlı lüğəti