1. Əsil, mənşə, kök, nəsil, nəsəb. □ Nəcabət adamın zatında olar. (Atalar sözü).
2. Arxaizm. Şəxs, adam, şəxsiyyət, sima; hörmətli, mötəbər şəxs. □ İgidin bir atıdır; Bir də təmiz zatıdır; Koroğluda qoçaqlıq; Onun ehtiyatıdır. (Bayatı).
3. Özü, öz nəfəsi, öz varlığı. □ Bitməzmi cəfa, axıra yetməzmi kəşakəş? Axırda yaxar zatını yağdıqların atəş. (M.S.Ordubadi).
4. Arxaizm. Varlıq, əsil, təbiət, mahiyyət. □ O küləkdir, özü vardır, zatı yox. (Xəstə Qasım).
1. Ziyan, zərər, təbii fəlakət, afət; bəla, müsibət, xətər, qorxu. □ Doğruya zaval yoxdur, çəksələr min divana. (Atalar sözü).
2. Yox olma (etmə), tələf olma (etmə), fənaya uğrama (uğratma),məhv olma (etmə); məhv. □ Sizdə olan aldadıcılıq və dostlara yalan satmaq sizin təxt-tacınızın zavalını yaxınlaşdırmaqdadır. (M.S.Ordubadi).
3. Məcazi mənada: zülm, əziyyət, işgəncə mənasında. □ Yazıq Ələsgərə çoxdur zavalın; Aparır ağlımı günəş camalın. (Aşıq Ələsgər).
Həmçinin bax:
1. Dolu, istilik və s. nəticəsində zədələnmiş (ağac, bitki, meyvə və s. haqqında). □ Zavallı yarpaqlar.
2. Acınacaq halda olan, yazıq, biçarə, başı-bəlalı, bədbəxt. □ Zavallı adam.
3. İsim kimi: acınacaq halda olan, yazıq, biçarə, başı-bəlalı, bədbəxt adam. □ Zavallının iztirabı artmışdı və üz-gözü qıpqırmızı olmuşdu. (B.Talıblı).