1. Şiddətli həyəcan, ağrı, əziyyət, əzab və s. təsirindən zarıltı səsi çıxarmaq; inildəmək. □ Xəstə zarıyır.
2. Ulamaq. □ Hərdənbir zarıyır bayquş, yapalaq; Uzaqda tülkülər edirlər vaq-vaq. (H.K.Sanılı).
3. İnləmək, sızlamaq. □ ..Elə zarıyır, elə zarıyır, adamın yazığı gəlir. (N.Vəzirov).