Gülmək, əylənmək və dilxoşluq üçün deyilən söz və ya edilən hərəkət; hənək. □ Şit zarafatın axırı ədavətdir. (Atalar sözü).
Həmçinin bax:
Zarafat yolu ilə; zarafatyana, zarafatla. □ Zarafatca söyləmək.
Zarafat yolu ilə, zarafat tərzində. □ Zarafatcasına demək.
Bax: zarafatçı.
Bax: zarafatçılıq.
1. Zarafat etməyi sevən; hənəkçi, zarafatcıl. □ Zarafatçı adam. 2. İsim kimi: zarafat etməyi sevən adam; hənəkçi, zarafatcıl. □ O yaman zarafatçıdır.
Zarafatçı adamın xasiyyəti.
Bax: zarafatyana.
Zarafat yolu ilə, zarafat tərzində, ciddi olmayaraq. □ Sözün düzünü zarafatla deyərlər. (Atalar sözü).
Bax: zarafatlaşmaq.
Bir-biri ilə zarafat etmək; hənəkləşmək. □ Qızların səsində elə bir səmimi məyusluq var idi ki, heç kəs zarafatlaşmır, gülüşmürdü. (Ə.Vəliyev).
Zarafat olmadan, ciddi; doğrudan, həqiqətən. □ Bu sözü zarafatsız deyirəm.
1. Zarafat yolu ilə, ciddi olmayaraq. □ Zarafatyana soruşmaq. 2. Sifət kimi: zarafat yolu ilə, ciddi olmayaraq. □ Zarafatyana söhbət.
Metal cisimlərə bir şeylə toxunduqda və ya vurduqda, onların çıxardığı səsi bildirən təqlidi söz.
Bax: zaranq.