1. Saf, sərin, dadlı su (klassik şeirdə adətən təmizlik, saflıq rəmzi kimi işlənmişdir). □ Şəfayi-vəsl qədrin hicr ilə bimar olandan sor; Zülali-zövq şövqün təşneyi-didar olandan sor. (M.Füzuli).
2. Biologiya. Kimya. Canlı orqanizmlərin ən mühüm tərkib hissəsi olan mürəkkəb üzvi maddə. □ Qarğıdalı dənində 9-10 faiz zülal və 4-6 faiz yağ vardır.
Azərbaycan dilinin izahlı lüğəti1. Klassik ədəbiyyatda ədalət və insafa zidd olan hal və hərəkət, güclünün gücsüzə qarşı göstərdiyi amansız təzyiq, haqsızlıq, insafsızlıq, ədalətsizlik, cəfa mənalarında işlənmişdir.
2. Klassik ədəbiyyatda qaranlıq mənasında işlənmişdir. □ Ətraf zülam içində yeksər; Göylərdə görünməyir bir əxtər. (A.Şaiq).
1. Ədalət və insafa zidd olan hal və hərəkət, güclünün gücsüzə qarşı göstərdiyi amansız təzyiq, haqsızlıq, insafsızlıq, ədalətsizlik, cəfa; ümumiyyətlə, əziyyət, əzab, işgəncə. □ Qurda rəhm etmək, quzuya zülm etmək deməkdir. (Atalar sözü).
2. Özbaşınalıq və zorakılıq əsasında qurulan idarə üsulu; istibdad. □ Hökumətin zülmündən təngə gəlmiş xalq hökumətə qarşı yazılan bu rübainin təkrar edilməsini tələb etməyə başladı. (M.S.Ordubadi).
Həmçinin bax:
1. Qaranlıq. □ Əzizim, atdı getdi; Əbədi yatdı getdi; Dünyam zülmət içində; Günəşim batdı getdi. (Bayatı).
2. Ədəbiyyatşünaslıq. Nağıllarda İskəndərin dirilik çeşməsi axtarmaq üçün getdiyi çox qaranlıq yer.
3. Məcazi mənada: mədəniyyətsizlik, nadanlıq, cəhalət mənasında. □ Elm bir nur, cəhl zülmətdir; Cəhl duzəxdir, elm cənnətdir. (S.Ə.Şirvani).