1. Klassik ədəbiyyatda səslə, yanıqlı-yanıqlı ağlayan, inləyən, nalə edən, nalan (adətən izafətlərdə işlənir), inləmə, fəğan, nalə, zar-zar mənalarında işlənmişdir. □ Bülbül, qızılgül həsrəti; Qışı, yazı zar gedirəm. (Aşıq Abbas).
2. Məcazi mənada: zəif, üzgün, əlacsız, çarəsiz, çıxılmaz (adətən tərkiblərdə işlənir). □ Cismi-zar.
1. Bədənin bəzi üzvlərini daxildən bürüyən incə nazik pərdə. □ Bu sözləri elə yanıq bir səslə, .. söylədi ki, qulaqlarımın zarında hiss etdiyim sızıdan bütün vücudum titrədi. (A.Şaiq).
2. Bəzi meyvələrin nazik iç qabığı (pərdəsi). □ Nar zarı.
Həmçinin bax: