1. Astronomiya. Günəş sisteminə daxil olan yeddi ulduzdan biri və bütün görünən ulduzların ən parlağı; Karvanqıran, Venera.
2. Məcazi mənada: eşq ilahəsi (klassik poeziyada adətən gözəllik rəmzi kimi “Zöhrə ulduzu” şəklində işlənmişdir). □ Müştəridir sənə Zöhrə fələkdə; Gecə-gündüz övsafını deməkdə. (Q.Zakir).
1. Hər hansı bir xoş təəssüratdan duyulan sevinc hissi, məmnunluq hissi; ləzzət, həzz, nəşə. □ Sən mükafatını insanlığa xidmətində ara; Əbədi zövq, təsəllini həqiqətdə ara. (A.Səhhət).
2. Şəhvani ləzzət. □ ..hər gün bir dəqiqəlik zövqün üçün tuş gəldiyin hər bir qadına göz basırkən, kimsə sənə namussuz demirdi. (C.Cabbarlı).
3. Gözəllik, hüsn. □ Nə xoş gəlib bu qış, bu qar; Qışın da başqa zövqü var. (M.Dilbazi).
4. Gözəlliyi, incəliyi hiss etmə, duyma, seçmə, başa düşmə qabiliyyəti; estetik duyğu. □ Zövq ilə geyinmək.
5. Meyil, həvəs, istək. □ Qulluq zamanı öz fitri zövqümə görə, mütaliə və təhsilimdən qalmadım. (M.F.Axundzadə).
6. Əyləncə, şadlıq, kef, səfa. □ Zövq içində yaşamaq.
Həmçinin bax:
1. Zövqü olmayan. □ Zövqsüz adam.
2. Estetik tələblərə cavab verməyən, gözəllikdən, incəlikdən məhrum. □ Zövqsüz paltar.
3. Zərf kimi: estetik tələblərə cavab verməyən, gözəllikdən, incəlikdən məhrum. □ Zövqsüz geyinmək.
4. Xoşa gəlməyən, bəyənilməyən.
Zövqsüz, yaxşı zövqə, zərifliyə, incəliyə, estetik tələblərə uymaz bir surətdə. □ ..Bu da müharibədən əvvəl zövqsüzcəsinə və savadsızcasına çəkilmiş bir neçə səthi, boş kinofilmin verdiyi məlumatdan irəli getməmişdi. (Ə.Əbülhəsən).
Azərbaycan dilinin izahlı lüğəti