1. Güc; qolugüclülük, qolunun gücü. □ Dil ilə olan, zor ilə olmaz. (Atalar sözü).
2. Sifət kimi: çox güclü, qüvvətli, böyük. □ Açarın gücü qıfıldan zordur. (Atalar sözü).
3. Sifət kimi: çox bacarıqlı, qoçaq, əlindən hər şey gələn. □ Kişi zor adamdır.
4. Zərf kimi: çox, xeyli. □ ..Çingiz, nə çox yatmışıq, balam? – dedi, – zor yatdıq. (Y.V.Çəmənzəminli).
5. Sifət kimi: çətin, çətin başa gələ bilən, zehni və yaxud cismani güc tələb edən, çox ağır. □ Dünyada ən zor iş anlamaza söz anlatmaqdır. (Atalar sözü).
6. Zordur şəklində – çox çətindir. □ ..bu qədər məşəqqətdən sonra ona yaxınlaşmaq yenə də zordur, – dedi. (H.Nəzərli).
7. Məcburiyyət. □ Mənim yetim uşağa rəhmim gəlir, çünki o uşaq sahibsizdir və bu barədə dəxi mənə zor yoxdur. (C.Məmmədquluzadə).
8. Zərf kimi: məcburiyyət altında, məcburən, istəmədən, öz xahişi olmadan. □ Zər ilə olan zor ilə olmaz. (Atalar sözü).
Həmçinin bax:
1. Zor tətbiqi, zor işlətmə; zor vasitəsi ilə məcburiyyət. □ İş zorakılıq məsələsinə gəlirsə, bizimkilər oradadır, qorxmayın. (M.S.Ordubadi).
2. Qolugüclülük, zorla məcbur etmə; zor gücü ilə görülən iş; zülm, qanunsuzluq, özbaşınalıq, haqsızlıq. □ Bizim hüquq elmi hər hansı zorakılığın, haqsızlığın əleyhinədir! (S.Rəhimov).
Həmçinin bax:
1. Çox iri, çox yekə, çox böyük; ümumiyyətlə böyük. □ Zorba ayı.
2. Məcazi mənada: çox böyük, çox nüfuzlu, görkəmli (adətən kinayə yolu ilə deyilir). □ Zorba mollalar.
3. İsim kimi məcazi mənada: çox böyük, çox nüfuzlu, görkəmli (adətən kinayə yolu ilə deyilir). □ ..Zorbaların zülm və istibdadına bir nəhayət vermək .. məqsədi iləşəhərin “ağa”ları .. bir “cəmiyyət” düzəltdilər. (S.Hüseyn).
4. Məcazi mənada: çox güclü, çox qüvvətli, çox böyük. □ Mübarizə apardığımız qüvvələr zorbadır. (M.S.Ordubadi).