1. Arxaizm. Hörmət əlaməti olaraq birini görməyə, biri ilə görüşməyə gəlmə; görüşə gəlmə; vizit. □ Münəccimbaşı Mirzə Sədrəddin qibleyi-aləmin ziyarətinə müşərrəf olmaq istəyir bir vacib işdən ötrü. (M.F.Axundzadə).
2. İlahiyyat. Hörmət və xatırlama əlaməti olaraq müqəddəs sayılan yerləri, qəbirləri və s.-ni gedib görmə. □ Rəsul ustasından izn alıb atasının qəbrini ziyarət etmək üçün qəbiristanlığa yollandı. (“Aşıq Qərib”).
1. Ziyarət edən adam, ziyarətə gedən (gələn) adam. □ Qayıdan ziyarətçilər qəsəbədə qalanlardan əhvalatı təfərrüatı ilə öyrənmək istəyirlər. (Ə.Əbülhəsən).
2. Sifət kimi məcazi mənada: köçəri mənasında. □ Qasımabadın çiçəkli tarlalarının yerində düzələn dəryada ziyarətçi quşların meyitləri üzürdü. (M.S.Ordubadi).