1. Elm, texnika, mədəniyyət sahəsində təhsilə və xüsusi biliyə malik olan və əqli əməklə məşğul olan adam; ümumiyyətlə, oxumuş, mədəni, savadlı adam. □ Hər kəndin özünə görə ziyalıları var... (Ə.Sadıq).
2. Sifət kimi: elm, texnika, mədəniyyət sahəsində təhsilə və xüsusi biliyə malik olan və əqli əməklə məşğul olan; ümumiyyətlə, oxumuş, mədəni, savadlı. □ Ziyalı təbəqələr.
3. Sifət kimi: açıq, aydın, nurlu, işıqlı. □ Mənim bağım, baharım! Fikri ziyalı, oğlum. (M.Ə.Sabir).
Zərər. □ Ziyanın yarısından qayıtmaq da qazancdır. (Atalar sözü).
Həmçinin bax:
1. Cinayət məqsədilə xalqa, dövlətə ziyan vuran, pislik edən adam; ziyankar, zərərli, zərərverən. □ Daha səni çəkməyəcəm; Ziyançısan, ay papiros. (Aşıq Əziz).
2. Sifət kimi: cinayət məqsədilə xalqa, dövlətə ziyan vuran, pislik edən; ziyankar, zərərli, zərərverən. □ Ziyançı adam.
1. Ziyan verən, ziyan toxunduran, ziyançı, zərərverən; ziyan və zərərə səbəb olan, müzür. □ Ziyankar adam.
2. İsim kimi: ziyan verən, ziyan toxunduran, ziyançı, zərərverən; ziyan və zərərə səbəb olan, müzür. □ Dost ziyankar olmaz, ziyankar da dost olmaz. (Atalar sözü).