1. Botanika. Yarpaqlarının bir hissəsi tərsinə çevrilmiş, çiçəyi açıq-sarı rəngli, meyvəsi turşməzə olan kol bitkisi. □ ..ayaq saxlayıb bir zirinc kolunun dibində bitmiş gülxətmi çiçəklərindən dərdi.. (Aşıq Şəmşir).
2. Botanika. Həmin bitkinin ədviyyə kimi xörəyə qatılan turşməzə meyvəsi.
1. Botanika. Yarpaqlarının bir hissəsi tərsinə çevrilmiş, çiçəyi açıq-sarı rəngli, meyvəsi turşməzə olan kol bitkisi. □ Dağda ziriş kolları; Çapar tutub yolları; Yar dərdin necə yazsın; Bağlanıbdır qolları. (Bayatı).
2. Botanika. Həmin bitkinin ədviyyə kimi xörəyə qatılan turşməzə meyvəsi.
1. Coğrafiya. Dağın ən yüksək nöqtəsi, təpəsi. □ Dağın zirvələri qarla örtülüdür.
2. Coğrafiya. Dalğanın ən hündür nöqtəsi.
3. Məcazi mənada: bir şeyin ən yüksək pilləsi, dərəcəsi, nöqtəsi. □ Burda yaxşı işləyən adamın çıxmayacağı bir zirvə yoxdur. (M.İbrahimov).
Həmçinin bax:
1. Tör-töküntü, süpürüntü, tullantı. □ Tikəndə quş yuva çör-çöp yığıban zir-zibil istər. (Q.Zakir).
2. Məcazi mənada: yaramaz, pis şeylər və ya adamlar haqqında. □ Sözlər də cəvahir kimidir, əsli bədəldən; Təşxis verən olsa, bu qədər zir-zibil olmaz. (M.Şəhriyar).
Azərbaycan dilinin izahlı lüğəti