Bax: zığlaşmaq.
Zığ halına gəlmək, zığ olmaq, lehmələnmək.
Bax: zığlatmaq.
Palçıqlamaq, palçığa batırmaq, lehmələmək, lehməyə bulamaq.
1. Palçıqlı, lehməli, bataq, bataqlıq. □ Küçə zığlı idi. 2. Qatı, qəliz. □ Bu qoyun yaxşı zığlı süd verir. 3. Kirli, çirkli. □ Kaştan keçəlləmiş quyruğunu bulaya-bulaya yarıyumulu zığlı gözlərini teştə zilləmişdi. (İ.Məlikzadə).
1. Zığ olan yer; palçıqlıq, lehməlik, bataqlıq. 2. Qatılıq, qəlizlik.
Duru (sulu) palçıq, lehmə, bataq. □ Qol-qılçasını çırmayıb işə girişən uşaqlar bu bağçanın qumlu torpağına, arxın zığ-zımğırına batıb bulanmaqdan çəkinmirdilər. (S.Rəhimov).
Gücənə-gücənə, hıqqana-hıqqana, gücə düşərək, güclə, çətinliklə. □ Bəy zıqqana-zıqqana ağır gövdəsini yerdən üzdü, dərhal yekə döşəkçəyə çırpdı. (Mir Cəlal).
Bax: zıqqanmaq.
Gücənmək, gücə düşmək, hıqqanmaq; bir işi çox çətinliklə görmək. □ İdarədəkilər Müsyö Qomel ilə birlikdə hələ də o kəlmənin üstündə zıqqanırdılar. (Qantəmir).
1. Çox xəsis, çox tamahkar, acgöz. □ Zıqqı adam. 2. İsim kimi: çox xəsis, çox tamahkar, acgöz adam. 3. Ağırxasiyyətli, zəhlətökən, zəhləaparan. 4. İsim kimi: ağırxasiyyətli, zəhlətökən, zəhləaparan adam. □ Elə bir zıqqıdır ki, dindirəsi deyil.
Bax: zıqqıldamaq.
Zarımaq, inildəmək, sızıldamaq, zarıldamaq. □ Kosa qocalıb əldən düşmüş xəstə qarı kimi zıqqıldadı. (S.Rəhimov).
Zıqqıldama səsi, inilti, zarıltını bildirən təqlidi söz.
Bax: zıqqana-zıqqana.