1. Dövr, zaman. □ Zəmanə dəyişdikcə, adamlar da dəyişir.
2. İndiki zaman, hazırkı vaxt, müasir həyat. □ Zəmanə adamı deyil.
3. Bəxt, tale, fələk mənasında. □ Zəmanə saldı əcəb möhlətü məlalə məni. (X.Natəvan).
Həmçinin bax:
1. Klassik ədəbiyyatda yer, torpaq mənalarında işlənmişdir. □ Əhli-zəmanə qanına çox təşnədir, zəmin; Qanın kimin tökərsə fələk, ol zaman içər. (M.Füzuli).
2. Üzərində şəkil, naxış salınan əsas rəng, ton, yer; fon.
3. Məcazi mənada: bir şeyin, hadisənin cərəyan etdiyi əsas şərait, mühit, vəziyyət, imkan. □ Zənən çox olan evdə günaha zəmin də çox olar. (Atalar sözü).
İçinə şey qoymaq üçün küləşdən, qarğıdan, çubuqdan və s.-dən hörülmüş qab. □ ..kanalın yaxınlığında zənbilini yerə buraxıb bir daş üstündə oturdu. (S.Hüseyn).
Həmçinin bax: