1. Şey. □ Heç zad yoxdur.
2. Bəzən söylənmək, istənilən söz yada düşmədikdə, onun əvəzinə deyilir. □ O .. zadı mənə ver.
3. Adətən başqa sözlərlə birlikdə qeyri-müəyyənlik bildirir (çox vaxt qoşulduğu sözün ifadə etdiyi şeyin əhəmiyyətsizliyini bildirir). □ ..Bir əppəkdən-zaddan ver, zəqqumlanaq. (N.Nərimanov).
Həmçinin bax:
Klassik ədəbiyyatda oğul, övlad mənalarında işlənmişdir. □ Duruyor oxşamaya zadəsini; Sevgili, nazlı xudadadəsini. (M.Hadi).
Qeyd: ..zadə. Əsil mənası “doğulmuş, törəmiş” olub fars mənşəlidir: 1) adətən isimlərə qoşularaq onların əslini, kimdən törədiyini, nəslini bildirir; məsələn, şahzadə (şah nəslindən olan), bəyzadə (bəy nəslindən olan), əsilzadə (zadəgan nəslinə mənsub); 2) xüsusi isimlərə qoşularaq familiya düzəldilir; məs.: Əlizadə, Rəhimzadə, Məmmədzadə....
Azərbaycan dilinin izahlı lüğətiKimya. Bəzi metalların sulfat duzu.
Qılıncı, bıçağı itiləyərək verilən cila, parlaqlıq; ümumiyyətlə silaha verilən cila, parıltı.
1. Klassik ədəbiyyatda qara qarğa mənasında işlənmişdir. □ Əgər dünyada insan və ədalət olsa idi, tərlan yerində zağ oturmaz idi. (Ə.Haqverdiyev).
2. Məcazi mənada: klassik ədəbiyyatda qara, qaralıq mənalarında işlənmişdir. □ Bülbül, sənin işin qandır; Aşıqlar sənə mehmandır; Tamam cəsədin əlvandır; Sinən altı zağı, bülbül. (Qoşma).