1. Öz hərəkət və sözləri ilə adamı təngə gətirən, bezikdirən, usandıran, cana gətirən, bıqdırıcı. □ Zəhlətökən müştəri. 2. Pis, xoşagetməyən, qulağa xoş gəlməyən. □ Zəhlətökən səs.
Bax: zəhlətökən.
Qorxu, vahimə, dəhşət; qorxu, vahimə, dəhşət doğuran hal,görünüş. □ Gözlərində çırağı; Dişlərində qırmağı; Yağı adam küsdürər; Zəhmi heyvan əsdirər. "Canavar" (Tapmaca).
Həmçinin bax:
1. Əmək. □ Qanadı var uçmağa; İynəsi var sancmağa; Sevir işi, zəhməti; Odur ki, var hörməti. "Arı" (Tapmaca). 2. Əziyyət, rahatsızlıq, narahatlıq. □ Zəhmət çəkməyən rahatlığın qədrini bilməz. (Atalar sözü).
1. Öz əlinin zəhməti ilə dolanan, öz əməyi ilə yaşayan, əməkçi. □ Zəhmətkeş qoca. 2. Zəhməti, əməyi, işləməyi sevən. □ Zəhmətkeş adam.
1. Zəhmət tələb edən, zəhmətlə başa gələn. 2. Məcazi mənada: ağır. □ Zəhmətli iş.
1. Zəhməti, əməyi, işləməyi sevən. □ Zəhmətsevən insan. 2. İsim kimi: zəhməti, əməyi, işləməyi sevən adam. □ Tüstülənər bacalar; Ocaq üstə sac olar; Zəhmətsevən gün görər; Tənbəl hər vaxt ac olar. (Bayatı).
Zəhməti, işləməyi sevmə; çalışqanlıq.
Bax: zəhmətsevən.
Bax: zəhmətsevənlik.
1. Zəhmət tələb etməyən, zəhmət istəməyən, asanlıqla başa gələn. □ Zəhmətsiz iş. 2. Zərf kimi: zəhmət çəkmədən, çalışmadan, əmək sərf etmədən. □ Zəhmətsiz bal yeməzlər. (Atalar sözü).
Zəhmətsiz olaraq, zəhmət çəkmədən, zəhmət sərf etmədən.
Zəhmət tələb etməmə, zəhmət çəkməmə.
Qəzəblə, hiddətlə, çox acıqlı bir halda (bəzən zəhmilə şəklində işlənir). □ Zəhmlə baxmaq.
Bax: zəhmləndirilmək.