1. Silah gücü ilə, zorla tutma, ələ keçirmə, hakimiyyəti altına alma, ixtiyarına alma; sahiblənmə, yiyələnmə. □ Qalanın zəbti.
2. Məcazi mənada: özünə tabe etmək, yiyələnmək. □ Təbiəti zəbt edib almağın zamanıdır; Kainata zəlzələ salmağın zamanıdır. (M.Müşfiq).
1. Toxunmaq, yaxud bərk bir şey dəymək nəticəsində bir şeydə əmələ gələn əzik yeri, qopuq, qəlpə, çatdaq və s. □ Bu stəkanın zədəsi var.
2. Meyvələrdə qurd dəymə, yaxud dolu və s.-dən əmələ gələn xəsar. □ Meyvənin zədəsi var.
3. Xarici təsir nəticəsində orqanizmin bir yerində toxumanın əzilməsi, ziyan görməsi; kontuziya. □ Kənd təsərrüfat işlərində müşahidə olunan zədələr cürbəcür olur.
Qeyd: ..zədə. Bəzi mürəkkəb sözlərin “vurulmuş, uğramış, düçar olmuş, giriftar olmuş” mənalarını bildirən ikinci tərkib hissəsi; məs.: qəmzədə, müsibətzədə, fəlakətzədə....
Azərbaycan dilinin izahlı lüğəti