1. Klassik ədəbiyyatda bucaq, künc, guşə mənalarında işlənmişdir. □ ..cəhənnəmdə qırx zaviyə var və hər zaviyədə bir ilan var və hər ilanın qarnında üç yüz otuz əqrəb var. (M.F.Axundzadə).
2. Klassik ədəbiyyatda zahidin ibadətlə məşğul olmaq üçün çəkildiyi tənha yer, təkyə, hücrə mənalarında işlənmişdir. □ ..ruhani alimlərlə görüşər, dinə dair bir çox məsələlər soruşar, zaviyələrə gedər, rahiblərin həyatını öyrənməyə çalışardı. (Y.V.Çəmənzəminli).
1. Yay kirişi. □ Kamanın zehi.
2. Paltar və s.-nin qırağına tikilən qaytan, köbə, haşiyə. □ Paltarın kənarına zeh tikmək.
3. Səhifənin ətrafına çəkilən haşiyə, cizgi. □ Kitabın vərəqinə zeh çəkilir.
4. Pəncərənin, divarın kənarına vurulan və ya çəkilən haşiyə. □ Qapının zehi.
1. İnsanda düşünmə, anlama və yaddaş qabiliyyəti, hafizə, yaddaş, xatir; dərrakə, istedad. □ Bu uşağın yaxşı zehni var.
2. Fikir, xəyal. □ Zehnini məşğul edən sözləri babasına deyə bildiyi üçün sevindi, yüngüllük duydu. (Mir Cəlal).
Həmçinin bax: