Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

yaş1 [yaş] isim

1. Doğuluş, dünyaya gəlmə günündən keçən vaxt, il; insanın, heyvanın, bitkinin böyüməsində, inkişafında dövr; ömür. □ Bir yaşda olan adamlar. Yaşın neçədir? İnəyin üç yaşı var. Ağıl yaşda deyil, başdadır. (Atalar sözü).

2. Yaşından şəklində – anadan olduğu gündən,bütün ömrü boyu, ömründə; heç vaxt. □ Heç dərsə baxmayıb sanki yaşından; Fikirlər quş olub uçdu başından. (M.Rahim).

yaş2 [yaş] sifət

1. Canına su,rütubət hopmuş; rütubətli, çox nəm, az islaq, sulu. □ Yaş paltar. Yaş yer. Yaş qum. Yaş əlləri ilə tutmaq.

2. Hələ canında su qalmış, qurumamış. □ Yaş səbzə. Yaş meyvə. Yaş ağaca balta vurmazlar. (Atalar sözü). Ağac yaş ikən əyilir. (Atalar sözü).

3. İsim kimi: su, nəm, yaşlıq. □ Qurunun oduna yaş da yanar. (Atalar sözü).

4. İsim kimi: göz yaşı. □ Ürək yanmasa, gözdən yaş çıxmaz. (Atalar sözü).

5. Arxaizm. Cavan, gənc, azyaşlı. □ Dəmbədəm gər düşsə gözdən dürri-əşkim, vəchi var; Yaş uşaqlardır yetim, onlarda yox rəsmi-ədəb. (M,Füzuli).

Həmçinin bax:

frazeologizm: barıtı yaş olmaq frazeologizm: göz yaşı tökmək frazeologizm: göz yaşına dəm vermək frazeologizm: göz yaşlarını boğa bilməmək frazeologizm: gözünün yaşı əlində olmaq frazeologizm: gözünün yaşı ovcunun içində olmaq frazeologizm: gözünün yaşını tökmək frazeologizm: işi yaş olmaq frazeologizm: quru yuyub yaş sərmək frazeologizm: yaş boğmaq frazeologizm: yaşa dolmaq coğrafiya: geoxronoloji yaş hesablama Azərbaycan dilinin izahlı lüğəti

yaşamaq [yaşamax] feil

1. Həyatda var olmaq, diri olmaq, sağ olmaq. □ Babası hələ də yaşayır. Çox yaşayan çox bilməz, çox gəzən çox bilər. (Atalar sözü).

2. İsim kimi: həyat, dirilik. □ Ayaq üstə ölmək diz üstə yaşamaqdan yaxşıdır. (Atalar sözü).

3. Ömür sürmək, həyat keçirmək. □ Yüz yaşa, düz yaşa. (Atalar sözü).

4. Həyatdan, onun zövq və səfasından faydalanmaq. □ Əzizim, yaşamaq lazımdır! 

5. Davam etmək,mövcud olmaq, var olmaq. □ Köhnə adətlərin qalıqları hələ də yaşayır.

6. Bu və ya başqa tərzdə həyat sürmək, dolanmaq, keçinmək, güzəran etmək. □ Varlı yaşamaq. Kasıb yaşamaq. Pis yaşamaq. Tək yaşamaq. Varlı olub, qəm-qüssə ilə yaşamaqdansa, kasıb olub, şad xürrəm yaşamaq yaxşıdır. (Atalar sözü).

7. Həyatı, diriliyi, dolanışı üçün vasitə olmaq. □ Maaşla yaşamaq. Atasının hesabına yaşamaq. Təqaüdlə yaşamaq.

8. Biryerin sakiniolmaq, daim və ya müvəqqəti bir yerdə həyatsürmək. □ Şəhərdə yaşamaq. Kənddə yaşamaq. Harada yaşamağı məlumdeyil. Təzə evdə yaşamaq. Ümumi yataqxanada yaşamaq. Hansıküçədə yaşayırsınız?

9. Bir yerin sakini olmaq, daim və ya müvəqqəti bir yerdə həyat sürmək (heyvanlar, quşlar haqqında). □ Balıq suda yaşayır. Dəvəquşu Afrikada yaşayır.

10. Bir yerdə həyat keçirmək, bərabər ömür sürmək. □ Elə adamla yaşamaq çətindir. 

11. Aralarında ər-arvadlıq münasibəti olmaq. □ O, arvadı ilə daha yaşamır.

12. Aralarında qeyri-qanuni, intim əlaqə olmaq.

13. Birşeyin aludəsi olmaq, bir şeydən ilham almaq, bir şeyi öz həyatı üçün əsas hesab etmək. □ Gələcək ümidi ilə yaşamaq. Yoldaşının xatirəsi ilə yaşamaq. O,ancaq elmlə yaşayır.

14. Nida kimi: əmr şəklində – müvəffəqiyyət, uğur arzusu bildirən, yaxud mərhaba! afərin! var ol!

15. Nida kimi: əmr şəklində – var olsun! □ Yaşasın bütün dünyada sülh! Yaşasın Vətənimiz!

Həmçinin bax:

frazeologizm: cəhənnəmin dibində yaşamaq frazeologizm: cəhənnəmin o başında yaşamaq frazeologizm: dünyanın qurtaracağında yaşamaq frazeologizm: it damında yaşamaq frazeologizm: özgə qoltuğunda yaşamaq frazeologizm: torpağı sanı yaşasın frazeologizm: yağ-bal içində üzmək (yaşamaq) Azərbaycan dilinin izahlı lüğəti