1. Yaxın bir adamın ölümü münasibətilə (hər cür zövq və əyləncədən imtina etmək və qara geymək şəklində ifadə edilən) hüzn və kədər; matəm. □ Yas paltarı (qara paltar). Yasa getmək. Onlarda yas var. Toyun yaraşığı – oynamaq, yasın yaraşığı – ağlamaq. (Atalar sözü).
2. Hər hansı bir ictimai fəlakət münasibətilə qəbul edilmiş əlamətlərlə ifadə olunan kədər. □ Yas günü elan etmək. Yas əlaməti olaraq bayraqları aşağı salmaq.
3. Məcazi mənada: kədər, yas, ələm; ümidsizlik. □ Bu acı xəbəri axıdan Aras; Axdı həzin-həzin ürəyində yas. (S.Vurğun).
Həmçinin bax:
1. Qadağan. □ İçəri girmək yasaqdır.
2. Tarix. Qədimdə Volqaboyu və Sibir xalqlarından alınan vergi; tövcü.
3. Tarix. Ümumiyyətlə, natural vergi; tövcü. □ Xan və qalan feodallar “qara camaatdan” puldan, baldan və başqa məhsullardan yasaq (xərac) toplayırdılar.
Azərbaycan dilinin izahlı lüğəti