Qafqazın, Ön Asiyanın, Aralıq dənizi ölkələrinin, Pireneyin bir hissəsində yaşayan, yaxud vaxtilə yaşamış xalqlar qrupunun şərti adı (bu xalqlar qrupuna bəzi qədim tayfalar, habelə indiki xalqlar: abxazlar, basklar, gürcülər, çərkəzlər və b. daxildir).
Azərbaycan dilinin izahlı lüğəti1. Ev heyvanlarının südündən hasil edilən, asan əriyən, yeyilən və xörək bişirmək üçün işlədilən maddə. □ Şit yağ (kərə). Ərinmiş yağ. Camış yağı. Sarı yağ (ərinmiş yağ). İnək yağı. Qaynayan yağa milçək qonmaz. (Atalar sözü). Sözlə plov bişsə, dağ qədər yağı məndən. (Atalar sözü).
2. Ətin içində olan ağ və əriyən maddə; piy, heyvanın dərisi altında qalın bir təbəqə təşkil edən piy maddəsi. □ İç yağı. Quyruq yağı.
3. Bəzi bitkilərin tumundan, çiçəyindən və ya meyvələrindən çıxarılan maddə, yağlı maye. □ Günəbaxan yağı. Pambıq yağı. Zeytun yağı. Küncüt yağı. Xaşxaş yağı.
4. Mineral mənşəli bəzi maddələrdən alınan yağlı maye. □ Neft yağı. Maşın yağı. Növbə bizə (kasıba) gələndə, çırağın yağı qurtarar. (Atalar sözü).
5. Tibb. Tərkibində yağ maddəsi olan bəzi dərmanların adı. □ Sürtkü yağı.
6. Məcazi mənada: fayda, xeyir mənasında.
Həmçinin bax: