1. Ələ öyrənməmiş, əhliləşməmiş. □ Xam quş.
2. Əkilməmiş, əkinə düşməmiş, şumlanmamış, sürülməmiş, işlənməmiş, əl dəyməmiş. □ Xam torpaq.
3. Əkilməmiş, əkinə düşməmiş, şumlanmamış, sürülməmiş, işlənməmiş, əl dəyməmiş; otlaq, çəmən və s. □ Xam örüş.
4. Öz təbii halında olan, əridilməmiş. □ Xam piy. Xam quyruq.
5. Aşıya qoyulmamış, aşılanmamış, işlənməmiş. □ Xam dəri.
6. Çiy, bişməmiş. □ Xam ət.
7. Dəyməmiş, yetişməmiş, kal. □ Xam meyvə.
8. Məcazi mənada: yetkin olmayan, təcrübəsiz, püxtələşməmiş, hazırlıqsız, vərdişsiz. □ Xam adam.
9. İsim kimi: təcrübəsiz, püxtələşməmiş. □ Xamın gözü böyük olar. (Atalar sözü).
Həmçinin bax: