Gəlişi ilə xoşbəxtlik gətirən, uğur gətirən; xeyirli, uğurlu; ayağıyüngül. □ Xoşqədəmli insan.
Xoşxasiyyətli, hamı ilə yola gedən, xoşrəftar. □ Xoşqılıq adam.
Xoşxasiyyətlilik, xoşrəftarlıq.
Bax: xoşlamaq.
1. Zövqünə uyğun gəldiyi üçün bəyənmək, xoşuna gəlmək, ürəyinə yatmaq. □ Gözəl geyinməyi xoşlamaq. 2. Xoşu gəlmək, sevmək, istəmək. □ Çiçəkləri xoşlamaq.
Bax: xoşlandırmaq.
1. Xoş əhvali-ruhiyyə yaratmaq, sevindirmək, fərəhləndirmək, ürəyini açmaq. □ Tamaşaçıları xoşlandırmaq. 2. Məmnun və razı etmək, həzz vermək, ləzzət vermək.
Bax: xoşlanmaq.
1. Baxıb həzz almaq, ürəyi açılmaq, sevinmək, fərəh duymaq. □ Gözəl qızlardan xoşlanmaq. 2. Xoşu gəlmək, məmnun olmaq, xoşnud olmaq, ürəyinə yatmaq. □ Ətir qoxusundan xoşlanmaq. Yaxşı insanlarla ünsiyyət qurmaqdan xoşlanmaq.
Sevinməli, fərəhlənməli, şadlanmalı; xoş, fərəhli. □ Xoşlanmalı hadisələr.
Arxaizm. Klassik ədəbiyyatda şirindil, xoşsöhbət, dilişirin mənalarında işlənmişdir. □ Xoşləhcə qız.
Siması (üzü) xoşa gələn; xoşgörkəm, göyçək, qanışirin. □ Nə gözəlsən, nə xoşliqasən sən; Yeri var söyləsəm: – hümasən sən. (M.Ə.Sabir).
1. Xoşa gələn, ləzzət verən şeyin halı, xoş təsir. □ Havanın xoşluğu. 2. Məlahət, gözəllik; gözə, qulağa gözəl təsir bağışlayan, ürəyəyatan. □ Müğənninin səsinin xoşluğu. 3. Xoş əhvali-ruhiyyə, şənlik, fərəh.
Öz xoşu ilə, yaxşılıqla, öz razılığı ilə; qalmaqalsız, zorsuz. □ Xoşluqla çıxıb getmək.
Yüngül hərəkətli, xoşməzac. □ Xoşməzac adam.