Keçmişdə qadınların yaraşıq üçün topuqlarına taxdıqları gümüş, qızıl və s.-dən düzəldilmiş zınqırovlu halqa. □ Topuqlarını bəzəyən zümrüd xalxalların qızıldan düzəlmiş zəngləri xanım yeridikcə zərif-zərif səslənirdi. (M.S.Ordubadi).
Heyvanlara məxsus binalarda ayrıca bölmə. □ Xalxalı təmiz saxlamalı.
Azərbaycan dilinin izahlı lüğəti1. Heç bir qatışığı olmayan, saxta olmayan; saf, təmiz. □ Xalis qızıl.
2. Düzgün, təmiz. □ Xalis ingilis dilində danışmaq.
3. Əsil, həqiqi. □ Xalis şairsən.
4. Məcazi mənada: məsum, ismətli, bakir, təmiz. □ Bu qadın xalis iblisdir.
5. Məcazi mənada: səmimi, doğru, saf. □ Xalis ürəklə dua etmək.
1. Ölkənin, dövlətin sakinləri, əhalisi. □ Azərbaycan xalqı.
2. Millət. □ Alnındakı qırışlar adicə qırış deyil; Öz xalqının keçdiyi iztirab yollarıdır! (B.Vahabzadə).
3. Eyni yerdə yaşayan adamlar, camaat. □ Dağ xalqı.
4. Ümumiyyətlə, camaat, kütlə, el, adamlar. □ Xalqa qayğı göstərmək.
5. Ölkənin (istismarçı dövlətlərdə) əsas, əməkçi kütləsi. □ Zəhmətkeş xalq.
6. Xalqa, ölkəyə aid olan, xalqa, ölkəyə mənsub olan. □ Xalq gəliri.
7. Xalqla bağlı olan, xalq tərəfindən yaradılmış, xalqın dünyagörüşü, ruhu ilə sıx bağlı olan. □ Xalq ədəbiyyatı. Xalq yaradıcılığı.
8. Bəzi idarələrin və vəzifəli şəxs adlarının tərkibində işlənir. □ Xalq məhkəməsi.
9. Hökumət tərəfindən elm, incəsənət və s. sahəsində böyük xidmət və fəaliyyətə görə verilən fəxri adların tərkibində işlənir. □ Xalq artisti.
Həmçinin bax: