1. Özünə olan etimaddan sui-istifadə edərək dönüklük etmə; xainlik, xaincəsinə hərəkət, etibarsızlıq. □ Xəyanəti bağışlamamaq.
2. Düşmən tərəfə keçmə, düşmənə satılma; satqınlıq. □ Vətənə edilən xəyanətlər.
3. Namərdlik, vəfasızlıq, etibarsızlıq, dönüklük, əhdi pozma. □ Sevgilisinə xəyanət etmək.
1. Payız fəslində budaqlardan tökülən (saralmış) quru yarpaqlar. □ Bağçada xəzəllər üzərində gəzmək.
2. Məcazi mənada: vaxtsız saralıb-solmaq. □ Özü xəzəl olub vaxtsız töküldü; Ömrün baharını duymadı, getdi. (S.Vurğun).
3. Müqayisələrdə çoxluq, hədsizlik, saysızlıq bildirir. □ Pul əlində xəzəldir.