Qorxulu, təhlükəli olma, xətər gətirmə; təhlükəlilik.
Klassik ədəbiyyatda çox qorxulu, çox təhlükəli, təhlükə ilə dolu, xətər gətirə bilən, xatalı mənalarında işlənmişdir. □ Gəzinmə İran adında xətərnak səhralarda, qayıt Firəngistana, Fərhad! (C.Cabbarlı).
1. Qorxusuz, təhlükəsiz, xatasız. □ Xətərsiz iş. 2. Ziyansız, zərərsiz. □ Xətərsiz yollar.
Bax: xətərsizləşdirmək.
Xətərsiz etmək, qorxusuz, təhlükəsiz hala gətirmək. □ Yolları xətərsizləşdirmək.
Bax: xətərsizləşmək.
Qorxusuz, təhlükəsiz olmaq, əminlik olmaq. □ Yollar xətərsizləşib.
Xətərsiz, qorxusuz olma; təhlükəsizlik, əmin-amanlıq.
1. Məsciddə xütbə oxuyan din xadimi. □ Məsciddəki xətiblər. 2. Arxaizm. Gözəl natiq.
Xətib vəzifəsi, xətibin işi.
Hörmət, ehtiram, sayğı; şanşərəf. □ Xətir üçün xəstə yatmazlar. (Atalar sözü).
Həmçinin bax:
Bax: xətir.
Xətri əziz, hörmətli, hörmət edilən, sayılan, ehtirama layiq, nüfuzlu. □ Xətirli adam.
Bax: xətçəkən.
1. Bitirmə, qurtarma, sona çatdırma. 2. Hüquq. İşi bağlama, qurtarma. □ Məhkəmə işi xətm etdi.