1. Klassik ədəbiyyatda gülən, gülər, şən, üzügülər mənalarında işlənmişdir. □ Yanaqları güldü, heç olmaz xəndan; Əsildə mələkdi, nəsildə insan. (Aşıq Ələsgər).
2. Məcazi mənada: klassik ədəbiyyatda tamam açılmış gülə bənzəyən gözəlin üzü mənasında işlənmişdir. □ Bədirlənmiş ya bir mahi-tabansan; Ya cənnət bağında güli-xəndansan. (M.P.Vaqif).
1. Vaxtını meyxanalarda, işrətxanalarda, sərxoşluqda keçirən, əlinə keçən pulu keyfə, içkiyə, eyş-işrətə xərcləyən adam; əyyaş. □ Xərabatilər hər gün meyxanada oturarlar.
2. Sifət kimi: əyyaş, sərxoş. □ Xərabati adam.
3. Məcazi mənada: pul, şey qədri bilməyən, laübalı adam haqqında.